Icma.az
close
up
RU
Maşın baqajında, metro çıxışında kənd toyuğu adı altında satılan məhsullara nəzarət zəifdir Video

Maşın baqajında, metro çıxışında kənd toyuğu adı altında satılan məhsullara nəzarət zəifdir Video

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Bəzən mağazalarda, səyyar ticarətdə, kiçik marketlərdə üçü on manata satılan “kənd toyuğu” adı ilə satılan toyuqlar qarşımıza çıxır. Əti kənd toyuğu kimi sarıya çalan bu toyuqların mənşəyi bilinməsə də, çox zaman istehlakçılar “ən azından bilirik toyuq ətidir” deyib, bu toyuqlara üstünlük verirlər.Açıq şəraitdə satılan toyuqlar hardan gətirilir ki, bu qədər ucuz satılır?"Ucuz"luğu ilə müştərini cəlb edən "kənd" toyuqları sağlamlıq üçün təhlükəlidirmi?

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, toyuğun yetişdirilməsi çərçivəsində üç cür toyuq olur: “Tam azad toyuqlar, yəni onlar səhər buraxılır, istədiyi kimi dənlənir və onlara arpa, buğda, yem verilir. Yarı-azad toyuqlar bunlar da hava altında olurlar. Onların qalmaq üçün yerləri üstü örtülü olur, gəzmək üçün hasarın içində açıq havada olurlar. Əksər hallarda broiler yemi, arpa, buğda ilə qidalanırlar. Bir də tam qapalı toyuqlar var. Bunlar broyler toyuqlardır tam qapalı şəraitdə saxlanılırlar. Broyler toyuqların içərisində növlərdən biri yumurtalıq toyuqlardır. Yumurtalıq toyuqlar uzun illər yumurta verirlər, sonra yumurtadan tamam kəsilirlər. Bundan sonra onlar artıq yaşlanmış toyuqlar olur. Onların ətləri də həddindən artıq bərk olur, amma təhlükəli olmur. Adətən belə toyuqların ətləri kolbasa-sosiska istehsalına gedir. Lakin bəzən bu toyuqları kəsib bazara çıxarırlar”.

Eyyub Hüseynov

Eyyub Hüseynov qeyd edib ki, onlarda olan məlumatlara görə, həmin yumurtadan kəsilmiş toyuqlar da broylerlərdən çıxarılıb, “kənd toyuğu” adı altında satılır.

“Bizdə olan məlumatlar belədir. Eləcə də bu cür toyuqların Ukraynadan gətirilməsi barədə fikirlər də var. Yəni yumurtalıq toyuqların artıq əti bərkiyib. Onlar kənd toyuğuna bənzəyir və bu cür üçü 10 manata satılan toyuqlar var. Bunlar ciddi marketlərdə satılmır. Maşının arxasında, baqaj yerində, metro çıxışlarında, küçə ticarətində və ara marketlərdə satılır”-deyə Eyyub Hüseynov əlavə edib.

Ekspert təəssüflə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahəni hələ əhatə edə bilmir. Eyyub Hüseynov uyğun şəraitdə saxlanılmayan bu cür toyuqlardan insanların uzaq olmasını tövsiyyə edir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri