Maşınların gəlməsinə əhəmiyyət verməyib yolun ortasında söhbət etdilər VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Xırdalan şəhərində qayda pozan piyadalar təhlükə saçıblar. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsinə çıxan iki piyada bir-birilə söhbət etməyə başlayıblar. Onlar hər iki tərəfdən nəqliyyat vasitələrinin gəlməsinə əhəmiyyət verməyərək söhbətlərinə davam ediblər. Avtomobilin onlara çatdığını və dayandığını gördükdən sonra piyadalar yoldan kənara çıxmaq məcburiyyətində qalıblar.
Piyadaların yolun hərəkət hissəsinə bu cür çıxması həm onların həyatı üçün təhlükəlidir, həm də sürücülərin hərəkətinə çətinlik yaradır. Qanunvericiliyə görə, piyadalar yolu yalnız piyada keçidindən, keçid olmadıqda isə hərəkət hissəsini ləngimədən keçməlidirlər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















