Mayk Doran: Tramp administrasiyası başa düşür ki, Amerikanın maraqları baxımından Cənubi Qafqaz artıq kənar region deyil
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 23 oktyabr, AZƏRTAC
Ağ Ev görüşü təkcə uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhün mümkünlüyündən deyil, həm də Birləşmiş Ştatlar üçün yeni imkanların yaranmasından xəbər verdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfransda çıxışı deyib.
O bildirib ki, bu, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqəni yenidən formalaşdıra biləcək imkanlar yaradır.
“Tramp administrasiyası başa düşür ki, Amerikanın maraqları baxımından Cənubi Qafqaz artıq kənar region deyil. Bu bölgə qlobal geosiyasətdə vacib nöqtəyə çevrilir. Ora dünyanın bütün böyük dövlətlərinin maraqlarının kəsişdiyi, bəzən yaxınlaşdığı, bəzən də toqquşduğu bir nöqtədir. Xüsusilə Azərbaycan ABŞ üçün mühüm tərəfdaş kimi seçilir. Bura Qərb üçün regionun böyük resurslarına və strateji yollarına qapıdır. Enerji qovşağı, tranzit dəhlizi, həmçinin Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən təhlükəsizlik müttəfiqi kimi Bakı unikal rol oynayır”, - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















