Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar elmi konfrans AZƏRTAC

MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar elmi konfrans AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu konfransın keçirilməsi barədə hələ bir neçə il öncə AMEA-da MDB dövlətlərinin alimlərinin iştirakı ilə baş tutmuş “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq tədbirdə razılığa gəlindiyini bildirib. Sonrakı illərdə dövlətlərarası danışıqların davam etdirilməsi nəticəsində bu gün geniş heyətlə belə bir tədbirin baş tutduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri bir neçə il öncə Pakistan Ədəbiyyat Akademiyası tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının urdu dilinə tərcümə olunduğunu və qardaş ölkədə geniş təqdimatının keçirildiyini söyləyib. Hazırda isə Cənubi koreyalı mütəxəssislər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının Koreya dilinə tərcümə edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

“Türk xalqlarının ortaq eposu mədəniyyəti Asiya xalqlarının eposu üçün bir növ açar rolunu oynayır”, - deyə bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirdə də sanballı məruzələrin dinləniləcəyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra tədbirdə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”da zaman, məkan və kəmiyyət vəhdəti (xronotoplar və uzunluq toposları)”, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırovun “İqor polku” dastanı haqqında söz: əfsanə və reallıqlar”, Folklor İnstitutunun şöbə müdiri professor Füzuli Bayatın “Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana” mövzusunda məruzələri dinlənilib. Konfransda, həmçinin Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutundan dosent Gülnaz Sattarovanın “Özbək dastançılıq ənənələri və müasir dövr”, Abay Qazax Milli Pedaqoji Universitetindən Janakul Sametovanın “Qazax epos yaradıcılığı” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənlinin “Çingiz Aytmatov yaradıcılığında epos motivləri” mövzularında məruzələri təqdim olunub.

Sonra çıxış edən Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev qurumun fəaliyyətində ədəbiyyatla bağlı tədbirlərin, layihələrin azlıq təşkil etdiyini, Azərbaycan Milli Elmlər Akademiyasının Asiya xalqlarının ədəbiyyatına dair keçirdiyi beynəlxalq konfransın, eyni zamanda, Assosiasiyada bu sahədəki boşluğu dolduracağını və gələcək layihələrə təkan verəcəyini söyləyib.

Konfransın olduqca önəmli mövzuya həsr edildiyini bildirən Əhməd Nuri Yurdusev eposların cəmiyyətlərin tarixini bilmək baxımından yazılı qaynaqlar qədər önəmli olduğunu vurğulayıb. Həmçinin yazılı qaynaqlardan fərqli olaraq, epos mədəniyyətinin cəmiyyətin bütün təbəqələrini əhatə etməsi ilə daha geniş təsirə malik olduğunu bildirib.

Çıxışlardan sonra qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri