Icma.az
close
up
RU
MDU da 21 ci Beynəlxalq Avropa Konfransı başladı

MDU da 21 ci Beynəlxalq Avropa Konfransı başladı

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


2026-cı ilin 2–4 mart tarixlərində Mingəçevir Dövlət Universiteti və Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Riyaziyyat, Mühəndislik, Təbiət və Tibb Elmləri üzrə 21-ci Beynəlxalq Avropa Konfransı (MAS) keçirilir. Universitetin akt zalında baş tutan konfransda MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantları, İKSAD İnstitutunun nümayəndə heyəti, həmçinin müxtəlif ölkələri təmsil edən ali təhsil müəssisələri və tədqiqat mərkəzlərinin nümayəndələri əyani və onlayn formatda iştirak edirlər.
Konfrans Ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, həmçinin Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.
Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə aparılan müasir elmi tədqiqatlar innovativ iqtisadiyyatın formalaşması, texnoloji transformasiya və insan kapitalının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. O, MDU-nun 2026–2030-cu illəri əhatə edən İnkişaf Strategiyasında beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, multidissiplinar tədqiqat mühitinin təşviqi və universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Anar Eminov qeyd edib ki, MAS konfransının Mingəçevir Dövlət Universitetində keçirilməsi universitetin beynəlxalq elmi inteqrasiyasına, bilik və texnologiya transferinə, eləcə də dayanıqlı və innovativ inkişaf məqsədlərinə uyğun elmi platformanın formalaşmasına mühüm töhfə verir. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb, müzakirələrin məhsuldar elmi nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
İKSAD İnstitutunun prezidenti Dr. Mustafa Latif Emek çıxışında MAS konfransının artıq beynəlxalq elmi platforma kimi formalaşdığını vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlər ortaq tədqiqatların təşviqi, elmi bilik mübadiləsi və gənc alimlərin beynəlxalq akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Dr. M.L.Emek Mingəçevir Dövlət Universitetinə yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycan–Türkiyə elmi əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə inandığını ifadə edib.
Açılış nitqlərindən sonra plenar iclas keçirilib. Plenar iclasda MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aida Mustafayeva “Rəqəmsal arxitrektura və rəqəmsal ekiz: Müasir mühəndisliyin qlobal transformasiyası və əsas çağırışları”, Riyaziyyat kafedrasının dosenti Mehman Rəsulov “Zənciri kəsirlərin Ford dairələri ilə təsiri” mövzularında təqdimatlarla çıxışlar ediblər.
Konfrans hibrid formatda təşkil olunan bölmə iclasları ilə davam edib. 2–4 mart tarixlərini əhatə edən 11 bölmədə riyaziyyat, süni intellekt, rəqəmsal transformasiya, yaşıl enerji, ekoloji təhlükəsizlik, tibbi tədqiqatlar və digər aktual istiqamətlər üzrə ümumilikdə 300-dən çox məqalə və tezis təqdim olunub. Məruzələr 25 ölkədən 300-dən çox tədqiqatçı və doktorant tərəfindən irəli sürülüb.Təqdim edilən məqalə və tezislərin 85-dən çoxu MDU-nun payına düşür.  Tədbirdə Azərbaycan, Türkiyə, Nigeriya, Böyük Britaniya, ABŞ, Mərakeş, Əlcəzair, İran, Monteneqro, Şimali Makedoniya, Rumıniya və digər ölkələri təmsil edən universitet və elmi-tədqiqat mərkəzinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfransların təşkili universitetin qlobal elmi məkanla inteqrasiyasına, elmi potensialın gücləndirilməsinə və cəmiyyətin davamlı inkişafına xidmət edən strateji təşəbbüslərin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Mart 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri