Icma.az
close
up
RU
Sağlam gənclik güclü dövlətin təməlidir Yusif Quliyev yazır

Sağlam gənclik güclü dövlətin təməlidir Yusif Quliyev yazır

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfəri zamanı şəhər stadionunda aparılan tikinti işləri ilə tanış olmaları təsadüfi deyil. Dövlət başçısının siyasətində bölgələrin inkişafı, xüsusilə də gənclərin sağlam ruhda böyüməsi əsas prioritetlərdəndir. Çünki dövlətin gücü ilk növbədə sağlam gəncliyə, sağlam düşüncəli vətəndaşa söykənir.

Xalq arasında deyildiyi kimi: “Sağlam bədəndə sağlam ruh olar.” Bu hikmətli kəlam əsrlərin sınağından keçib. Sağlam bədən yalnız idmanda güclənmir, həm də mənəvi möhkəmlik, əxlaqi təmizlik və vətən sevgisi yaradır. Stadionlar, idman kompleksləri, Olimpiya mərkəzləri məhz bu məqsədə xidmət edir – gəncliyi həm fiziki, həm də ruhi cəhətdən güclü yetişdirmək.

Son illərdə Azərbaycanın müxtəlif bölgələrində müasir idman mərkəzləri istifadəyə verilib. Bu gün hər bir gəncin idmanla məşğul olması üçün şərait yaradılıb. Nəticələr də göz önündədir: Azərbaycan idmançıları beynəlxalq arenalarda parlaq qələbələr qazanır, dövlətimizin üçrəngli bayrağını yüksəklərə qaldırır.

Bunun ən canlı nümunələrindən biri futbol sahəsindədir. “Qarabağ” komandamızın bu günlərdə Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan təmsilçisinə 3:1 hesablı möhtəşəm qələbəsi bütün ölkədə və dünyada Azərbaycanı sevənlərdə böyük sevinc yaratdı. Bu qələbə yalnız idman nəticəsi deyil, həm də milli qürurun ifadəsidir. “Qarabağ”ın adı elə özü-özlüyündə tarixi Zəfərimizin, dirçəlişimizin, güclü iradəmizin simvoludur. Hər belə uğur gənclərə ruh, cəmiyyətə inam verir.

Futbol qədər digər idman növlərində də son illər qazanılan uğurlar dövlətin idmana göstərdiyi diqqətin bariz nümunəsidir. Bir neçə misallar da çəkmək olar. Məsələn: Cüdo üzrə dünya çempionu Hidayət Heydərovun uğurları Azərbaycanı dünya arenasında tanıtdı. Güləş sahəsində, xüsusilə sərbəst və yunan-Roma güləşində idmançılarımız Avropa və dünya çempionatlarında dəfələrlə qızıl medallar qazanaraq xalqımızın idman şöhrətini yüksəldiblər. Şahmatda gənc istedadlarımız, o cümlədən qadınlardan Günay Məmmədzadə və kişilərdən Şəhriyar Məmmədyarov beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etdilər. Paralimpiya oyunlarında isə Azərbaycan atletləri rekord sayda medal qazandılar və bütün dünyaya sübut etdilər ki, sağlam ruh üçün heç bir məhdudiyyət yoxdur.

İdman komplekslərinin başqa bir mühüm vəzifəsi də gəncləri pis vərdişlərdən qorumaqdır. Gənc boş vaxtını küçədə yox, idman zalında keçirəndə narkomaniya, aludəçilik, mənasız əyləncələr ona yaxın düşə bilmir. İdman insana nizam-intizam, iradə, məqsədyönlülük və ən əsası, mübarizə ruhu aşılayır. Bu isə həm sağlam fərdin, həm də güclü vətənpərvər vətəndaşın formalaşması deməkdir. Məhz 44 günlük "tarixi Qələbədə" biz bir daha şahidi olduq.

Azərbaycanın bölgələrində tikilən hər bir Olimpiya kompleksi əslində bir “ümid işığıdır” – sağlam gələcəyin, güclü gəncliyin işığı. İdmançılar yalnız medallar gətirmir, həm Azərbaycanı xaricdə təmsil edirlər və həm də idman xalqın ruhunu möhkəmləndirir. Ona görə də deyirik ki, "Sağlam gənclik güclü dövlətin təməlidir".

Yusif Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri