Icma.az
close
up
RU
MDU nun rektoru: OSTİM Texniki Universiteti ilə imzalanan memorandum Mingəçevir üçün əhəmiyyətli olacaq

MDU nun rektoru: OSTİM Texniki Universiteti ilə imzalanan memorandum Mingəçevir üçün əhəmiyyətli olacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetinin (OSTİM) rektoru professor Murat Yülek və universitetin struktur rəhbərləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib.

Görüşdə rektor Anar Eminov MDU-nun son illərdə beynəlxalq əməkdaşlığından, universitetdə innovasiya yönümlü tədris mühitinin formalaşdırılmasından və sənaye ilə əlaqələrin genişləndirilməsinə dair prioritetlərdən bəhs edib. O qeyd edib ki, MDU ilə OSTİM arasındakı anlaşma universitetin tədris və tədqiqat fəaliyyətlərini real istehsalat və texnologiya mühitinə daha da yaxınlaşdırmaq baxımından mühüm addımdır. Rektor MDU-nun müəllim və tələbə heyətinin OSTİM-də 6000-dən çox sənaye müəssisəsindən faydalanmaq istədiklərini, həmçinin birgə laboratoriya qurlulmasını bildirib: “Qardaş Türkiyədə sənaye ilə sıx bağlı olan OSTİM Texnik Universiteti ilə bu gün imzaladığımız anlaşmanın sənaye şəhərimiz Mingəçevir üçün mühüm əhəmiyyəti olacaq”.

M.Yülek OSTİM-in “sənaye içində universitet” konsepsiyasından danışaraq, bu modelin MDU ilə birgə həyata keçiriləcək layihələrdə səmərəli şəkildə tətbiq ediləcəyinə inamını söyləyib. O, MDU-nun mühəndislik, tətbiqi elmlər və innovasiya sahəsindəki inkişaf potensialını yüksək qiymətləndirib və tərəfdaşlığın hər iki universitet üçün yeni imkanlar açacağını vurğulayıb.

Görüşdən sonra iki universitet arasında anlaşma memorandumu imzalanıb. Memorandumun əsas məqsədi iki universitet arasında tədris, elmi-tədqiqat və sənaye əməkdaşlığını inkişaf etdirmək, birgə layihələrin və akademik proqramların həyata keçirilməsini təmin etməkdir. Memorandum çərçivəsində tərəflər tətbiqi elmlər və mühəndislik sahəsində birgə laboratoriyaların yaradılması, texnoparklar və innovasiya mərkəzləri arasında ortaq platformaların qurulması, startap və sahibkarlıq təlimlərinin təşkili, ikili və birgə diplom proqramları, mübadilə və yay təcrübə proqramları, “universitet–sənaye” modelinin MDU-da tətbiqi, həmçinin birgə konfranslar və seminarlar keçirməyi planlaşdırırlar.

Daha sonra nümayəndə heyəti OSTİM Texniki Universitetinin kampusu ilə tanış olub. MDU nümayəndələri universitetin müasir auditoriyaları, laboratoriyaları, tədqiqat mərkəzləri və sənaye müəssisələri ilə inteqrasiya olunmuş infrastrukturunu yüksək qiymətləndiriblər.

Bu əməkdaşlıq Azərbaycan ilə Türkiyənin ali təhsil sistemləri arasında bilik və texnologiya mübadiləsinin güclənməsinə, sənaye yönümlü tədris modelinin inkişafına və gələcək nəsil mütəxəssislərin praktiki bacarıqlarla yetişdirilməsinə töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri