Icma.az
close
up
RU
Məcnun Məmmədov İsrailin ölkəmizdəki səfiri ilə görüşdü FOTOLAR

Məcnun Məmmədov İsrailin ölkəmizdəki səfiri ilə görüşdü FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

"Unikal" xəbər verir ki, qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

Nazir Məcnun Məmmədov bu ilin yanvar ayında İsrailə səfəri zamanı bu ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi naziri Avi Dixter ilə görüşdüyünü, akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərin, müasir heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olduğunu xatırladıb, aqrar sahədə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. 

İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz isə öz növbəsində bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, İşçi Qrupun fəaliyyətinin genişləndirilməsi, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Fevral 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri