Icma.az
close
up
RU
Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir

Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edib.
Səfərin məqsədi Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2024-cü ilin 13 mart tarixində Bakıda keçirilmiş 3-cü iclasında əldə olunmuş razılaşmaların icrasının fəallaşdırılması və iki ölkənin müvafiq biznes strukturları arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.
Səfər eyni zamanda Azərbaycan ilə Xorvatiya  arasında mədəni əlaqələrin inkişafı, təcrübə mübadiləsi, o cümlədən respublikamızda mədəni və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən biznes subyektlərinin məhsul və xidmətlərinin bu ölkəyə ixrac potensialının  dəyərləndirilməsi, yeni əməkdaşlıq münasibətlərinin qurulması məqsədi daşıyır.
Nümayəndə heyətində Azərbaycanın MYS-lər üzrə biznes subyektləri də geniş təmsil olunur.
Səfər zamanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obuljen Koržinek arasında ikitərəfli görüş keçiriləcək. 
Eyni zamanda iki ölkənin biznes strukturları, o cümlədən MYS üzrə ixtisaslaşmış biznes nümayəndələrinin görüşünün təşkil edilməsi, ortaq layihələrin müzakirəsi nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin Xorvatiyanın “Kultura Nova" Fondunun rəhbərliyi ilə də görüşü olacaq. 
Səfər müddətində Xorvatiyanın Milli və Universitet Kitabxanasının fəaliyyəti ilə tanışlıq olacaq.
Həmçinin Azərbaycan nümayəndə heyəti Xorvatiya Audiovizual Mərkəzində ölkənin kino və media sahəsindəki inkişaf modeli ilə tanış olaraq potensial əməkdaşlıq imkanlarını da araşdıracaq.
Səfər çərçivəsində  Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə mədəni proqram da planlaşdırılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyun 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri