Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət etdi FOTOLAR
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Xorvatiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyunun 24-də Zaqreb Milli və Universitet Kitabxanasını (NSK) ziyarət edib.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Nümayəndə heyətinə kitabxananın tarixi, fondları, nəşrlərin saxlanma şəraiti, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.
Kitabxananın rəhbərliyi ilə görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu elm ocağının fəaliyyətini və göstərilən xidmətin səviyyəsini yüksək qiymətləndirib.
Söhbət zamanı Azərbaycan Milli Kitabxanası ilə Zaqreb Milli və Universitet Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması, təcrübə və kitab mübadiləsi, fondların rəqəmsallaşdırılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir müavini Azərbaycan tərəfinin iki ölkənin aparıcı kitabxanaları arasında əlaqələrin inkişafında, mədəni mübadilənin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Baxış sayı:70
Bu xəbər 25 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















