Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyinin tələskənliyi: Yüzlərlə müəllim işsiz qalacaq?

Mədəniyyət Nazirliyinin tələskənliyi: Yüzlərlə müəllim işsiz qalacaq?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gündür ki, ölkədə musiqi müəllimlərin attestasiya ilə bağlı etiraz var. 

Belə ki, attestasiyaya cəlb olunan müəllimlə aırasında imtahandan yüzlərlə kəsilən var. Hətta bir qrup müəllim bununla bağlı etiraz aksiyası da keçirib. Etiraz edən müəllimlərin əksəriyyəti  haqsız yerə kəsildiklərini iddia edirlər.  Mədəniyyət Nazirliyinin son açıqlamasına görə, attestasiyadan keçə bilməyən müəllimlərə iş imkanları yaradılacaq. Attestasiyadan keçə bilməyən 37 nəfərin işinə xitam verilməyəcək.  

Həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərə də iş imkanları yaradılacaq. Siyahıda sağlamlıq problemi olan müəllimlər də yer alır. Nazirlikdən verilən məlumatda attestasiyada 650 nəfərin yüksək nəticə ilə uğurla keçdiyi, 492 müəllimin isə tutduğu vəzifəyə uyğun hesab edilmədiyi bildirilib. Növbəti attestasiya may ayında keçiriləcək. Nazirlik qeyd edib ki, əgər hər hansı bir müəllimin səriştəsi komissiya tərəfindən tam yararsız hesab edilibsə və o, 5 mümkün baldan heç birini toplaya bilməyibsə, həmin müəllimin əmək funksiyasına xitam veriləcək. 

Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan, lakin 2 lehinə və 3 əleyhinə səs toplamış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi, Metodik və İxtisasartırma Mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulur. Bu təlimləri başa vurduqdan sonra həmin müəllimlər təkrar attestasiyaya cəlb olunacaqlar. Ekspertlərin fikrincə, iş əvvəldən elə təşkil olunmalı idi ki, vəziyyət bu həddə çatmasın. 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri "Cebheinfo.az"-a bildirib ki, musiqi məktəblərində çalışan müəllimlərin attestasiyaya cəlb olunmasında əsas problemlərdən biri onun keçiriləcəyi ilə bağlı məlumatın az verilməsi olub: 

"Ümumtəhsil məktəblərinin müəllimlərinin sertifikasiyaya cəlbi ilə bağlı əvvəldən məlumat verilib. 2020-ci ilin aprel ayında bununla bağlı qərar verildi və yarım ilə yaxın sertifikasiya ilə bağlı məlumatlandırma, müəyyən təlimlər kimi kampaniyalar aparıldı. Müəllimlər həm fiziki, həm də  intellektual olaraq buna hazır olmağa çalışdı. Ancaq musiqi müəllimləri ilə bağlı bunu görmədik. İldırım sürəti ilə buna qərar verildi və çox sayda müəllim belə bir imtahana cəlb olunaraq acı aqibəti yaşadı. Bu, birinci yalnışlıqdır. 

İkincisi, Nazirlər Kabinetinin sertifikasiyanın təşkili barədə 2020-ci il 66 saylı qərarı var. Bu, orta ümumtəhsil məktəblərinə aiddir. Ancaq ən azından bir nümunə, bir sxemdir. Həmin sxemdən, onun qaydalarından burada da yararlanmaq olardı. Onlardan biri də lazımi balı yığa bilməyən müəllimlərin ikinci cəhdə buraxılması güzəştidir. Güzəşt bir ildən sonraya şamil olunmalı, həmin müddətdə də boş dayanmayıb əlavə təlimlər keçirmək lazım idi. 

Sertifikasiya ilə bağlı belə güzəştlər var idi. Elm və Təhsil Nazirliyi tapşırmışdı ki, kəsilən müəllimlər bir il müddətində pulsuz şəkildə müəyyən təlimlərdə iştirak etsinlər. Bunu musiqi məktəblərinə də şamil etmək olardı". O bildirib ki, indi də gec deyilğ:

"Bu gün bizim musiqi məktəblərində peşəkar, yaradıcılıqla intellektuallığı sintez etməyi bacaran müəllimlərin sayı o qədər də çox deyil. İndi həmin təcrübəliləri işdən uzaqlaşdırsaq, onların yerinə gələcək müəllim o qədər də çox deyil. Orta ümumtəhsil məktəbləri üçün bunu deyə bilmərik. Çünki bir fənnlə bağlı yüzlərlə namizəd  işlə təmin olunmanı gözləyir. Ancaq musiqi müəllimləri ilə bağlı bunu ürəklə deyə bilmirik. Ona görə də hələlik onları qorumaq lazımdır". 

Ekspertin fikrincə, Mədəniyyət Nazirliyi 3 ay öncədən proqram təqdim edildiyini desə də, 3 ay o qədər də çox deyil:

"Onlar musiqi müəllimləridir, yaradıcı insanlardırlar. İmtahan praktikası azdır. Onlar istedad əsasında imtahandan keçmiş insanlardır. Ən azından 6 ay bu proses davam etməli idi. Həmin müəllimlərin imtahan psixiikası, imtahana adaptasiya kimi hazırlıq müddəti daha çox davam etməli idi. 

Qabiliyyət əsaslı ixtisasların tədrisi daha çətindir. Burada nəzəri baza ilə yanaşı, təcrübə də vacibdir. Onları yaşından asılı olmayaraq, qorumaq lazımdır. Onlar yaşı az da olsa belə, gedib, məsələn, hər hansı şirkətdə kargüzar kimi işləyə bilməzlər. Bu gün fortepiano müəllimi işdən uzaqlaşdırılırsa, o, gedib şirkətdə satış meneceri işləyə bilməz. Onun başqa yaradıcı dünyası var. Həmin bu meyarlarla bağlı onlara daha həssas yanaşmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə hansısa güzəştə getmək olar".   

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Mədəniyyət musiq müəllimləri etiraz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri