Media: ABŞ Prezidenti xarici siyasətdə Milli Təhlükəsizlik Şurasının rolunu minimuma endirib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 31 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın dövründə Milli Təhlükəsizlik Şurasının (MTŞ) xarici siyasət qərarlarının qəbulunda rolu minimuma endirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın rəhbərliyi altında MTŞ əməkdaşlarının sayı 400-dən 150-yə endirilib. ABŞ Prezidenti mayın 1-də milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsu işdən çıxarıb və onun funksiyalarını Dövlət katibi Marko Rubioya təhvil verib. Qəzet qeyd edir ki, xarici siyasət prinsiplərinin işlənib hazırlanmasında və ABŞ Prezidentinin qərarlarının digər ölkələrin liderlərinin mövqeləri ilə əlaqələndirilməsində MTŞ-yə etibar edən əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp “kiçik bir müşavirlər qrupuna arxalanır”.
Bəzi rəsmilər hesab edirlər ki, bu yanaşma Tramp administrasiyasına zərər verir və uyğunsuzluğa gətirib çıxarır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 31 Avqust 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















