Media: Almaniyanın NATO ilə bağlı hərbi münaqişə halında gizli planı var
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın hərbi planlaşdırıcıları mümkün hərbi münaqişə şəraitində NATO üçün nəzərdə tutulmuş beşmərhələli gizli fəaliyyət planı hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” qəzeti hökumət sənədinə istinadla məlumat yayıb.
Məlumata görə, Almaniya artıq bu planın birinci mərhələsinin icrasına başlayıb. Nəşrin bildirdiyinə əsasən, sənəddə potensial təhdidlərin erkən müəyyən edilməsindən tutmuş alyans ölkələrinin kollektiv müdafiəsinə və münaqişədən sonrakı bərpa prosesinə qədər hərbi eskalasiya modeli ətraflı şəkildə əks olunub.
Həmçinin qeyd edilir ki, Almaniya artıq eskalasiyanın ilkin mərhələsindədir və ortaq təhdid mənzərəsinin formalaşdırılması, logistika təminatı və qoruyucu tədbirlərin hazırlanması istiqamətində işlər aparır.
Qəzetin yazdığına görə, plana əsasən Almaniya NATO qoşunları üçün əsas tranzit dəhlizi rolunu oynayacaq və alyans qüvvələrinin təchizatı üçün mərkəzə çevriləcək. Bildirilir ki, bu amil Almaniyanı uzaqmənzilli sistemlərdən istifadə edilən hücumlar üçün prioritet hədəflərdən birinə çevirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















