Icma.az
close
up
RU
MEDİA Heydər Əliyevə həsr olunmuş konfrans və sərgi KEÇİRDİ

MEDİA Heydər Əliyevə həsr olunmuş konfrans və sərgi KEÇİRDİ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

8 iyul tarixində Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, gələcək perspektivləri, eyni zamanda medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarxla başlayıb.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını qeyd edib, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiyada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə tərəfindən Ümummilli Liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə geniş müzakirələr aparılıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.  

Tədbirin sonunda “Heydər Əliyevin təhsil siyasəti: jurnalist peşəkarlığının artırılmasında təhsilin rolu” mövzusunda dəyirmi masa keçirilib. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan müzakirədə jurnalistika və kommunikasiya sahəsində çalışan akademik nümayəndələr iştirak ediblər. Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil strategiyası çərçivəsində jurnalistika sahəsində peşəkar kadr potensialının artırılması, ali təhsil müəssisələrində sözügedən ixtisasın inkişafı və təkmilləşdirilməsi ilə yanaşı, jurnalistikanın elmi əsaslara söykənən inkişafı üçün vacib islahatlar aparılaraq medianın keyfiyyətinin yüksəldilməsi təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri