Icma.az
close
up
RU
Media qurumlarının rəhbərləri və nümayəndələri COP29a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

Media qurumlarının rəhbərləri və nümayəndələri COP29a hazırlıqla bağlı yekun işlərlə tanış olublar

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Media rəhbərləri və nümayəndələri noyabrın 8-də təşkil olunan mediatur zamanı COP29 konfransına hazırlıqla bağlı görülən yekun işlərlə tanış olublar.
Demokrat.az xəbər verir ki, mediaturda Prezidentin köməkçisi Anar Ələkbərov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media nümayəndələri iştirak ediblər.
Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.
Qeyd edilib ki, tədbir məkanında 155 pavilyon var, pavilyonlarda çoxsaylı sərgilər nəzərdə tutulub.
Görüş zamanı həmçinin Azərbaycan pavilyonunda baxış keçirilib. Bildirilib ki, bu pavilyon 450 kvadratmetrdir. Burada gün ərzində onlarla tədbir keçiriləcək.
İclas otaqlarına, media mərkəzinə, həmçinin yemək otaqlarına da baxış keçirilib.
Tədbir məkanında olan C zonasında Azərbaycan tarixini əks etdirən guşə yaradılıb, buraya xüsusi eksponatlar gətirilib.
Görüş zamanı məlumat verilib ki, ümumilikdə 29 iclas otağı var. Nizami zalı əsas rəsmi tədbirlərin keçiriləcəyi məkandır, 1600 yerlikdir. Burada Liderlər Sammiti baş tutacaq.
Tədbir məkanında həmçinin Azərbaycan təbiətinin füsunkarlığını əks etdirən video görüntülər yayımlanacaq.
Bundan başqa, COP29 dövründə istifadə ediləcək nəqliyyat vasitələrinə də baxış olub. Bildirilib ki, burada 210 avtomobil Liderlər Sammitində olacaq, ümumilikdə 500 avtomobil istifadə ediləcək. Onlardan 140-ı elektrik avtobusları olacaq
Məkanla tanışlıqdan sonra COP29 Könüllüləri ilə görüş olub, onların fəaliyyəti yüksək qiymətləndirilib. (Report)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see255

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see148

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Niko Uilyams Atletiklə danışıqlara başlayıb

03 İyun 2025 16:34see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Neçə yaşdan sonra sürücülük vəsiqəsi verilmir? RƏSMİ

03 İyun 2025 16:43see110

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see110

Gürcüstan bu şəxslər üçün ölkədə yaşamaq prosesini sadələşdirir

03 İyun 2025 16:33see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri