Icma.az
close
up
RU
Media subyektlərinə vergi güzəşti: müddət uzadılacaq, yoxsa...? Vergi Xidmətinin Baş idarə rəisinin müavini a danışdı (VİDEO)

Media subyektlərinə vergi güzəşti: müddət uzadılacaq, yoxsa...? Vergi Xidmətinin Baş idarə rəisinin müavini a danışdı (VİDEO)

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bu il media subyektlərinə verilən bir sıra vergi güzəşt və azadolmaların vaxtı bitir. İndi kütləvi informasiya vasitələri (KİV) rəhbərlərini bir sual düşündürür: bu güzəştlərin davamı olacaqmı?

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklər və Prezident İlham Əıiyevin fərmanı ilə 2023-cü il yanvarın 1-də media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilmişdi. Vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlığının təmin olunması və vergi güzəştlərinin verilməsi nəticəsində qənaət olunacaq vəsaitlərin də medianın inkişafına yönəldilməsi məqsədi daşıyırdı.

Ümumilikdə bu güzəştlər media subyektlərinin mənfəət və gəlir vergilərinə, habelə sadələşdirilmiş vergi ödəyiciləri üçün sadələşdirilmiş vergiyə cəlb olunan gəlirlərinə tətbiq olunmuşdu. Bundan başqa, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad idi.

Qeyd edək ki, indiyədək bu güzəştlərdən “Media haqqında” Qanuna əsasən media subyektləri hesab olunan aşağıdakı media sahələri faydalanıb: onlayn media, çap media və informasiya agentlikləri. Audiovizual media subyektləri sayılan televiziya və radio yayımını həyata keçirən şəxslər və prodakşn şirkətlər isə güzəştlərin əhatəsinə düşməmişdi.

Yeri gəlmişkən, Vergi Məcəlləsi ilə güzəştin təsir dairəsinə düşən media subyektlərinin istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə olunan gəlirləri də mənfəət, gəlir vergisi, sadələşdirilmiş vergidən azad idi. Eyni zamanda, həmin gəlirlərin dairəsinə bu media subyektlərinin reklam gəlirləri, habelə Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar da aid edilmişdi. Yalnız reklam gəlirləri üçün əlavə dəyər vergisinin tətbiqi qüvvədə qalırdı. Media subyektlərinə verilən reklam gəlirləri həmişə olduğu kimi ƏDV-yə cəlb olunur.

Aydın məsələdi ki, hər hansı sahəyə edilən vergi güzəştlərinin məqsədi həmin konkret sahənin müəyyən müddət ərzində inkişafına nail olmasından ibarətdir. Bu, stimullaşdırıcı tədbir olaraq iqtisadi mühitdə ən çox istifadə olunan alətlərdən biridi. Konkret müddət ərzində müəyyən inkişafın əldə olunmasına hədəflənir. Media güzəştləri də dayanıqlı iqtisadi əsasların yaradılmasına və vergi güzəştləri nəticəsində formalaşan və sərbəstləşən vəsaitlərin medianın inkişafına yönəldilməsinə hədəflənmişdi.

Artıq həmin güzəşt müddətinin sonuncu ilidi və görəsən bundan sonra Vergi Xidməti media subyektləri üçün bu müddətin uzadılmasını, yaxud digər oxşar dəstəyi nəzərdə tuturmu?

Medianın İnkişafı Ağentliyi ilə birlikdə bu məsələ müzakirə olunacaqmı? 

Mia.az-ın bununla bağlı sualını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev cavablandırıb:

- Bilirsiniz ki, son 3 ildə media subyektlərinə vergi güzəştləri tətbiq olunmuşdu. Bu güzəştlər sözsüz ki, həmin subyektlərin müəyyən mənada dirçəldilməsini nəzərdə tuturdu. Bu ilin sonunda müddət bitir, onun uzadılıb-uzadılmayacağına bu ilki qanunvericilik layihələrinin arasında baxılacaq. Hələ ki, bununla bağlı dəqiq söz deyə bilmərəm, amma çox güman ki, bəli, uzadılma məsələsi nəzərdən keçiriləcək.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Mart 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri