Icma.az
close
up
RU
MEDİA və COP29 Əməliyyat Şirkəti xarici media nümayəndələri üçün növbəti mediatur təşkil edib

MEDİA və COP29 Əməliyyat Şirkəti xarici media nümayəndələri üçün növbəti mediatur təşkil edib

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 noyabr 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkənin dayanıqlı inkişaf yolunda atdığı addımların diqqətə çatdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin tanıdılması məqsədilə xarici jurnalistlər üçün növbəti mediatur təşkil edilib.

Mediatur çərçivəsində ilk olaraq Nobel Qardaşlarının Ev-Muzeyi ziyarət edilib. Xarici qonaqlara Bakının neft sənayesinin inkişafında müstəsna xidmətləri olan neft maqnatlarının yaşayış tərzi, Nobel qardaşlarının varislərindən əldə edilən eksponatlar, orada yerləşən Bakı Nobel Neft Klubu və Biznes Mərkəzindən bəhs edilib.

Daha sonra jurnalistlər Avrasiyanın əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan, limanların, dəniz sənayesinin bütün formatlarında ekoloji cəhətdən təmiz və davamlı əməliyyatlara investisiya qoyan, onları təşviq edən Yaşıl Liman - Bakı Limanında olub. Bildirilib ki, Bakı Limanı 2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsiri minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirib, 2035-ci ilə qədər isə sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

Sonda, xarici media nümayəndələri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına səfər ediblər. Burada onlar stansiyanın fəaliyyəti ilə yaxından tanış olub, qonaqlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesləri barədə ətraflı məlumat verilib. Günəş enerjisi texnologiyalarının spesifik xüsusiyyətləri və istifadə olunan avadanlıqlar, habelə yaşıl enerji istehsalı müəssisələrinin texniki, iqtisadi, ekoloji və sosial aspektləri jurnalistlərə izah edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri