Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

MEDİAnın 4 illik fəaliyyəti Mətbuatımızın yeni DÖNƏMİ

MEDİAnın 4 illik fəaliyyəti Mətbuatımızın yeni DÖNƏMİ

Icma.az bildirir, Bizim media portalına istinadən.

Müasir dünyada kütləvi informasiya vasitələrinin rolu gün keçdikcə daha da artır. Təsadüfi deyil ki, KİV-lər artıq obrazlı şəkildə hakimiyyətin “dördüncü qolu” adlandırılır. Üstəlik, qlobal miqyasda informasiya müharibələrinin əsas hücum silahlarından birinə çevrildiyini nəzərə alsaq, mətbuatın nə qədə böyük güc olduğunu daha aydın şəkildə görə bilərik.
Bundan əlavə, “söz ən qorxulu silahdır” deyimini də unutmamalıyıq. Sözlə düzgün davranmayanda bundan təkcə onun müəllifi yox, həm də cəmiyyət çox ciddi zərər görür. Əvvəlki illərdə ölkəmizdə ucuz populyarlıq, “şok xəbər” hesabına izləyici toplamaq istəyən bəzi mətbuat subyektləri milli və dövlət maraqlarımıza ciddi təhdidlər yaradırdı.
MEDİA-nın yaradılması zəruri idi…
Təbii ki, media sahəsindəki problemləri və boşluqları  aydın şəkildə görən Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə lazımi tədbirlər gördü. Belə ki, 44 günlük müharibədən böyük zəfərlə çıxan Azərbaycanda ölkə başçısının ilk önəm verdiyi məsələlərdən biri də mətbuatımızın inkişafı oldu. Çünki yeni hədəflərə doğru qətiyyətli addımlar atan, dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan dövlətinin dayanıqlı və savadlı mətbuata ehtiyacı vardı.

Ona görə də Zəfər Günündən təxminən iki ay sonra Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərman imzaladı. Həmin Fərmanın icrası isə yeni yaradılmış Medianın İnkişafı Agentliyinə tapşırıldı.
Yeni yaradılmış MEDİA-nın əsas hədəfi mətbuatın inkişafını dəstəkləmək, media sahəsində peşəkar kadrlar hazırlamaq, bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq idi.
Bəs, ötən 4 ildə Agentlik qarşısına qoyulmuş hansı hədəflərə çatıb?
Ötən dörd il ərzində mediamızın inkişafı, müsbət yöndəki dəyişikliklər göz önündədir. İlk növbədə, media sahəsində stabil, normal situasiya formalaşıb.
Üstəlik, jurnalistlərin peşəkarlığı xeyli dərəcədə artıb. Artıq media işçiləri dövlətçilik maraqlarına, cəmiyyətin inkişafını prioritet məsələ hesab edir, öz fəaliyyətlərində jurnalistikanın prinsiplərinə daha çox önəm verirlər.

Eyni zamanda, MEDİA-nın dəstəyi, keçirdiyi müsabiqələrlə onlarla çap və elektron mətbu orqanının iqtisadi dayanıqlılığı təmin edilib. Ən əsası MEDİA son 4 ildə jurnalistlərin dostu olmağı bacarıb. Bu gün Agentliyin təşkil etdiyi seminarlar, treninqlər, turlar və digər tədbirlər jurnalistlərin fikir mübadiləsi etmələri, ünsiyyət qurmaları və innovasiyaları mənimsəmələri üçün ən ideal platformadır.
MEDİA reyestri nələri dəyişdi?
Medianın İnkişafı Agentliyinin fəaliyyəti dövründə görülən işlərə nəzər salsaq, media reyestrinin yaradılmasını xüsusilə qeyd etməliyik. Belə ki, MEDİA-nın təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayında media reyestri fəaliyyətə başlayıb.  Bu reyestr Azərbaycanda jurnalistikanı kəmiyyət və keyfiyyət baxımından dəyərləndirmək üçün statistika toplanmasına imkan verir.
Reyestr məlumat xarakteri daşıyan elektron data sistemidir. Burada jurnalistlərin sayı, təhsil səviyyəsi, media subyektlərinin əməkdaşları, təsisçiləri, məsul redaktorları haqqında cəmlənmiş statistika nəzərdən keçirilir, onun əsasında təhlillər aparılır.
Üstəlik, reyestrdən keçmək üçün qoyulmuş müvafiq tələblər mətbuatımızın peşəkarlaşmasında mühüm rol oynadı. Belə ki, heç bir media prinsipini gözləmədən fəaliyyət göstərənlər təbii olaraq, reyestrdən keçə bilmədilər. Peşəkarlar isə öz fəaliyyətlərinə daha rahat davam etmək imkanı qazandılar. Nəticədə isə mediamız böyük ölçüdə qeyri-peşəkarlardan təmizləndi, həm də redaksiyaların öz aralarında azad rəqabət apara bilməsi üçün əlverişli mühit formalaşdı. Nəticədə, mətbuatımız rəqabətə davam gətirə bilməyən “jurnalist”lərdən böyük ölçüdə təmizləndi.
MEDİA-nın jurnalistlər üçün yaratdığı imkanlar…
Agentliyin daha bir uğuru isə jurnalistlərin güzəştli ipoteka alan kateqoriyaya daxil edilməsidir. Burada söhbət yalnız jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından getmir. Bu, dövlətin jurnalistə verdiyi önəm və diqqətin göstəricisidir. Sosial ipoteka alanlar cəmiyyətin həssas, qayğıya ehtiyacı olan və seçilmiş təbəqəsidir. Buraya jurnalistlərin də əlavə edilməsini ciddi uğur hesab etmək olar.

MEDİA-nın daha bir təqdirəlayiq uğuru, media subyektlərinin bir sıra vergilərdən azad olunmasıdır. Belə ki, 2023-cü il yanvarın 1-dən etibarən media resursları fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib.
Jurnalistlərin peşəkarlığının yüksəldilməsi üçün atılan addımlar
MEDİA-nın jurnalistlərin peşəkarlığının artırılması istiqamətində gördüyü işləri isə xüsusi qeyd etməliyik. Belə ki, Agentlik tərəfindən mütəmadi olaraq jurnalistlər üçün fərqli istiqamətlərdə təlimlər keçirilir. Xüsusilə də, MEDİA jurnalistika sahəsində dünya təcrübəsinin jurnalistlərimizə çatdırılması üçün nüfuzlu media qurumlarında çalışan xarici mütəxəssisləri ölkəmizə tez-tez dəvət edir. Agentliyin təşkilatçılığı ilə xarici mütəxəssislərin təlimləri təşkil olunur, jurnalistlərə yeni media trendləri ilə bağlı mütəmadi treninqlər keçilir.

MEDİA təkcə paytaxtda fəaliyyət göstərən jurnalistlərin peşəkarlığının artırılması ilə kifayətlənmir, həm də regionlarda çalışan həmkarlarımızı da diqqətdə saxlayır. Bu məqsədlə mütəmadi olaraq regionlarda təlim və seminarlar təşkil olunur.
Media savadlılığı
Medianın İnkişafı Agentliyi jurnalistlərin fərdi inkişafına, media savadlılığının artırılmasına da xüsui diqqət yetirir. Bu məqsədlə dekabrın 16-22-də təşkil olunan Media Savadlılığı həftəsinin önəmini xüsusilə qeyd etməliyik. Media savadlılığı həftəsi çərçivəsində mətbuat orqanlarının fəaliyyətində peşəkarlığın artırılması məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Ən önəmli məqam isə ondan ibarətdir ki, media savadlılığının artırılması istiqamətində görülən işlər təkcə paytaxt Bakı ilə yekunlaşmadı, həm də regionları əhatə etdi. Bu isə MEDİA-nın peşəkarlığa və mətbuatımızın kompleks inkişafına verdiyi önəmin göstəricisidir.
Şuşa Qlobal Media Forumları
MEDİA-nın 4 illik fəaliyyəti dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də heç şübhəsiz Şuşada Qlobal Media Forumlarının uğurla təşkil edilməsi idi. Belə ki, 2023-cü ilin 21-23 iyul tarixlərində I Şuşa Qlobal Media Forumu təşkil olundu.

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
2024-cü ilin iyulunda təşkil olunan II Şuşa Qlobal Media Forumuna isə 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda təşkil olunan II Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib. Tədbir çərçivəsində dövlət başçısı xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb və geniş auditoriyaya Azərbaycan həqiqətləri ilə bağlı mühüm mesajları çatdırıb.
Beynəlxalq tərəfdaşlıq
4 illik fəaliyyəti dövründə Medianın İnkişafı Agentliyi beynəlxalq tərəfdaşlığın qurulması istiqamətində mühüm addımlar atıb. MEDİA-nın rəhbərliyi Qlobal Media Konqresi, Dünya Media Sammiti kimi nüfuzlu tədbirlərdə iştirak edib. Üstəlik, bir sıra ölkələrlə media sahəsində əməkdaşlığın qurulması istiqamətində də mühüm işlər görülüb. Belə ki, Qazaxıstan, Özbəkistan, Albaniya kimi ölkələrin rəsmiləri ilə media sahəsində tərəfdaşlığın qurulması istiqamətində bir sıra görüşlər keçirilib, əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

MEDİA-nın dəyişdiyi Azərbaycan mediası

Medianın İnkişafı Agentliyinin 4 illik fəaliyyətində qazandığı nailiyyətlər və Azərbaycan mətbuatının dəyişən siması göz önündədir. Belə ki, müasir çağırışların tələblərinə uyğun fəaliyyətini quran Agentlik Azərbaycan mediasının inkişafına hərtərəfli dəstək göstərir. Qurumun təşkil etdiyi seminarlar, müsabiqələr və digər tədbirlər həm medianın inkişafına, həm də jurnalistikada yeni nəslin formalaşmasına, eyni zamanda əhalinin media savadlılığının artırılmasına xidmət edir.
2024-cü il yanvarın 26-da Medianın İnkişafı Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılmasını da mütərəqqi hadisə kimi qeyd etməliyik. Belə ki, MEDİA-nın Naxçıvan Regional İdarəsi bir ildən az müddətdir fəaliyyət göstərsə də, Muxtar Respublikada bu dövr ərzində jurnalistikanın inkişafı üçün çoxsaylı addımlar atılıb. Xüsusilə də, jurnalistika üzə kadr hazırlığının inkişaf etdirilməsi üçün Naxçıvanda mütəmadi olaraq təlimlər təşkil olunub.

Digər tərəfdən, informasiya təhlükəsizliyimizin təmin olunmasında Azərbaycanın media məkanının qlobal informasiya təzyiqindən qorunması və Azərbaycanın maraqlarına uyğun olaraq, informasiyanın qlobal sərhədlərinin genişləndirilməsində MEDİA-nın fəaliyyəti göz önündədir.
Göründüyü kimi, Azərbaycan mətbuatı MEDİA-nın fəaliyyət göstərdiyi 4 ildə daxili media münasibətlərində və qlobal media məkanında yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu da təbii ki, son nəticədə vətəndaş-dövlət birliyinə gətirib çıxaran ən önəmli amillərdən biridir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri