Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Mehdiyev müxalifəti niyə və necə ələ alıb?

Mehdiyev müxalifəti niyə və necə ələ alıb?

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gültəkin Hacıbəyliyə ev, Əli Kərimliyə mandat...

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istəyi hələ də müzakirə olunur. Xüsusilə də R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi açıqlanmayıb. Agentliklərdən biri isə 50 nəfərin siyahısında AXCP sədri Əli Kərimli və sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin adının olduğunu iddia edib.

Oxu24.az saytının səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Qeyd edilib ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar dərc edib. Söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Bildirilir ki, Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədilə bina tikilən ərəfədə, 2005-ci ildə ona iki mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da, evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə edilən məlumata görə, G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə “xüsusi xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır", - məlumatda vurğulanıb. Gültəkin Hacıbəyli II və III çağırış (2000-2010-cu illərdə) deputat olub. Mənzillərin də ona deputat olduğu zaman verildiyi iddia olunur.

Bəs R.Mehdiyev müxalifəti niyə və daha çox hansı yollarla ələ alıb, onlardan öz məqsədləri üçün niyə istifadə edib? Yeri gəlmişkən, AMİP-in fəxri lideri Etibar Məmmədov partiyaları ləğv etmək, onları maliyyə cəhətdən çökdürmək və onun rəhbərləri və sıravi üzvlərini inzibati cəhətdən təqib etməyin məhz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin metodu olduğunu deyib...

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətdə kifayət qədər səlahiyyətlərə malik Ramiz Mehdiyevin dövlətin məhv edilməsinə çalışması heyrət doğurur: “Bunun üçün ölkə daxilində bütün qruplara və strukturlara nüfuz edib, onları özünün yaratdığı şəbəkəyə qoşub. Bütün fəaliyyəti xalqı dövlətdən narazı salmağa, dövləti xalqın gözündə kiçiltməyə, etibarsızlaşdırmağa yönəlib.

Nəhayət ki, bu əməlləri törədən və prosesi idarə edən Ramiz Mehdiyev ifşa olundu. Dövlət vəzifələrində çalışanlar, bank-maliyyə sektorunun əməkdaşları, nazirlər, deputatlar, komitə sədrləri, icra başçılarının Ramiz Mehdiyevin komandasında yer aldığı barədə məlumatlar yayılmaqdadır. Bu siyahıda müxalifət partiya rəhbərlərinin də yer alması haqqında informasiyalar isə insanı dəhşətə gətirir. Bu məlumatların doğru olmamasını çox istərdim. Lakin hazırda davam edən istintaqın bütün həqiqətləri üzə çıxaracağına inanıram.

Xüsusilə Milli Şuranın rəhbərlərindən biri Gültəkin Hacıbəyli və AXCP Əli Kərimli ilə bağlı deyilən arqumentlərə və iddialara aydınlıq gətirilməsinə ehtiyac vardır. Hakimiyyətə barışmaz mövqedə dayanan bir şəxsə iki evin bağışlanmasını heç bir normal məntiqə sığışdırmaq olmur. Ötən illərdə siyasi müstəvidə baş verən və bizdə müəyyən suallar doğuran hadisələrin üstünə indi işıq düşməyə başlayır. Müxalifətin keçirdiyi aksiyalarla bağlı qərarın verilməsi, mitinqlərin yürüşlərə çevrilməsi, müstəqil düşüncəli şəxslərin həbsi və s. nüanslar hər zaman ciddi müzakirə predmeti olmuşdur. Eyni zamanda müxalifətdən seçilən deputatların yalnız müəyyən qrupa mənsub olmasının bir mənası olduğu da görünməkdədir".

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı isə bildirdi ki, bunu ancaq istintaq orqanı müəyyənləşdirməlidir: “Biz indidən deyə bilmərik ki, kim nə edib və ya nə etməyib. Ehtimallar əsasında kimlərisə ağır dövləti cinayətdə ittiham etmək olmaz və yaxud da ehtimallar əsasında fikir söyləmək doğru olmaz. O baxımdan ki, hələlik bu həbsləri həyata keçirən istintaq orqanı tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməyib. Biz ancaq mətbuata sızdırılan müəyyən məlumatları əldə edirik. Mətbuatın yazdıqlarının istintaq orqanı tərəfindən təkzib olunmaması, əlbəttə, hamıda təqribən nə baş verməsi barədə bir fikir formalaşdırır. Amma qəti fikir söyləmək üçün biz rəsmi açıqlamaları gözləməliyik. Nə baş verib, kimlərin bu işdə əli var? Yəni mülahizələr əsasında kimlərisə ağır cinayətlərdə ittiham etmək doğru olmaz. O ki qaldı Əli Kərimliyə, bu adam həmişə həm daxildən, həm də xaricdən sifariş alıb. Əli Kərimlinin bütün siyasi fəaliyyəti sifarişlərin icrası ilə əlaqəli olub. Əli Kərimli pulun qarşılığında istənilən addımı atmağa hazır olan birisidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri