Icma.az
close
up
RU
Mehdiyevin həzin SONU Tanınmışların məhkəmədən gözləntisi

Mehdiyevin həzin SONU Tanınmışların məhkəmədən gözləntisi

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bir daha xatırladaq ki, "boz kardinal" barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. Mehdiyev məhkəmədə onlayn iştirak etmək istəyib, lakin hakim vəsatəti təmin etməyib və iclasa gəlməsini tələb edib.

Artıq ona hansı cəzanın verilməsi və hökmün oxunmasından asılı olmayaraq, Mehdiyev həyatının sonuna yaxın bu ağır ittihamla mühakimə olundu. Bu da tarixin bəlkə ilahi ədalətidir ki, vəzifədə olduğu illərdə etdiyi pisliklər qarşısına çıxır.

Siyasətçilər məhkəmədən nə gözləyir? Mehdiyevin dövlətə xəyanəti sübuta yetiriləcəkmi?

AĞ Partiya başqanı Tural Abbaslı Musavat.com-a açıqlamasında məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Onun sözlərinə görə, Mehdiyevin ilk məhkəmə iclasında iştirakı ilə bağlı geniş məlumat yayılmadı: “Əksinə, məlum oldu ki, o, videokonfrans vasitəsilə məhkəməyə qoşulmaq istəyir. İndi bu, açıq məhkəmə idi və ilk mərhələ sayılır. Güman edirəm ki, sonrakı mərhələlərdə onun iştirakı məsələsi daha aydın olacaq. Mənə elə gəlir ki, Ramiz Mehdiyevin məhkəməyə gətirilməsi ilə bağlı görüntülərin ictimaiyyətə təqdim olunması cəmiyyət üçün əhəmiyyətlidir. Çünki insanların bu prosesdən gözləntisi var. Əgər biz ədalətli məhkəmədən, törədilmiş əməllərə görə hüquqi məsuliyyətdən danışırıqsa, cəmiyyət bu prosesin açıq və şəffaf şəkildə aparılmasını istəyir. Təbii ki, onun konkret olaraq hansı maddələr üzrə təqsirli bilinməsi yalnız məhkəmənin araşdırması və sübutların qiymətləndirilməsi nəticəsində müəyyən edilə bilər”.

Partiya başqanının gözləntisi ondan ibarətdir ki, yaşı və səhhəti ilə bağlı məsələlərdən asılı olmayaraq, əgər təqsiri sübuta yetirilərsə, qanun qarşısında nəzərdə tutulan məsuliyyətdən yayınmamalıdır: “Hesab edirəm ki, məhkəmə araşdırması dövründə də onun statusu və təcrid məsələsi qanunun tələblərinə uyğun şəkildə, bütün digər şəxslər üçün tətbiq olunan meyarlarla müəyyənləşdirilməlidir. Amma yenə də bəzi narahatlıqlarım var. Çünki Ramiz Mehdiyevin uzun illər dövlət strukturlarında çalışdığı dövrdə formalaşdırdığı əlaqələrin və yerləşdirdiyi kadrların bu prosesə hər hansı formada təsir göstərməsi ehtimalı ilə bağlı cəmiyyətdə suallar yarana bilər. Təbii ki, bunlar yalnız ehtimallardır və konkret faktlarla təsdiqlənməyən iddialara çevrilməməlidir. Hər halda, gözləyəcəyik”.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevin sözlərinə görə, Ramiz Mehdiyev uzun illər dövlətin yüksək vəzifələrində çalışıb və ona verilmiş hakimiyyət səlahiyyətlərindən dövlətin və xalqın mənafeyi naminə deyil, şəxsi maraqları üçün istifadə edib: "Bunun nəticəsində milli maraqlara, siyasi mühitə və Azərbaycan cəmiyyətinə ciddi zərər vurulduğu barədə çoxsaylı iddialar səsləndirilib. Ona görə də bu gün Ramiz Mehdiyevin həbsdə olması ilahi ədalətin təcəllisi kimi görünür. Uzun illər yüksək vəzifələrdə çalışmış, müəyyən imtiyazlar və rahat həyat sürmüş bir insan bu gün hüquqi məsuliyyət qarşısındadır”.

Deputat vurğulayıb ki, ittihamların hüquqi qiyməti isə məhkəmənin araşdırması və yekun qərarı ilə müəyyənləşəcək: “Biz Ramiz Mehdiyev haqqında uzun illər danışmışıq, onun fəaliyyəti ilə bağlı müxtəlif fikirlər və iddialar səsləndirmişik. O zaman da deyirdik ki, bir gün onun fəaliyyəti hüquqi qiymət alacaq və o, qanun qarşısında cavab verməli olacaq. Bu gün həmin proses artıq məhkəmə mərhələsindədir. Gözləntim budur ki, Azərbaycan məhkəməsi bu işə tam obyektiv, qanun çərçivəsində və ədalətli şəkildə baxacaq. Əgər Ramiz Mehdiyevin təqsiri məhkəmədə sübuta yetirilərsə, o, törətdiyi cinayətlərə görə qanunla nəzərdə tutulan cəzanı almalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri