Icma.az
close
up
RU
Məhəmməd Füzuli Qarabulağın yanında dünənin uşağıdır Seyran Səxavət

Məhəmməd Füzuli Qarabulağın yanında dünənin uşağıdır Seyran Səxavət

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

""Xalqlar dostluğu" metrosunun adı dəyişdirilməlidir. XXI əsrdə bəşəriyyət elə bir yerə gəlib çıxıb ki, heç insanlar bir-biri ilə dost ola bilmir, o ki qaldı xalqlar ola. Bu, uydurma bir şeydir. Dövlətlərin bi-birinə yaxşı münasibətləri ola bilər. Necə ki, bizimlə Türkiyə dostdur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında yazıçı Seyran Səxavət metro stansiyalarının adlarının dəyişdirilməsini şərh edərkən dedi. Yazıçı həm də bildirdi ki, gənc nəsillərə tarixi dərs vermək üçün bəzi adların olduğu kimi qalması vacibdir:

"Ümumiyyətlə bu ad dəyişmələr əslində olmamalıdır. Məsələn, "20 Yanvar" tərəfdə 11-ci Qızıl Orduya həsr olunan heykəl qoymuşdular. Sonra onu sökdülər. Qızıl Ordu bizim ölkəmizə, Vətənimizə təcavüz edib. Qoy o qalsın, camaat baxsın. Baxanda bizim körpələrimiz, uşaqlarımız, yeniyetmələrimiz, cavanlarımız, orta yaşlılarımız, hətta qocalarımız görsün, məlumatlansın ki, Qızıl Ordu nə edib. Dünyada ad dəyişməkdən pis şey yoxdur. Hamısı tarix məsələləridir. Məsələn bizdə Şaumyan küçəsi var idi. Bu mənim subyektiv fikrimdir ki, o küçənin adı qala bilərdi. Şaumyan kimdir? Azərbaycan xalqının düşməni".

Yazıçı belə ad dəyişikliklərinin tarixi bağları itirməyə səbəb olduğunu və köhnə adların daha mənalı olduğunu qeyd etdi.

"Mən Qarabağın indiki Füzuli rayonunda doğulmuşam və oranın adı dörd-beş dəfə dəyişib, Sərdar, Sərdarabad, Qarabulaq, sonra Qaragin, indi də Füzuli. Qarabulaq daha qədimdir. Bizim, dünyanın nəhəng şairi Məhəmməd Füzuli Qarabulağın yanında dünənin uşağıdır. Çünki bulaqlar olanda heç insan yox idi.  Nənəmiz, babamız Adəmlə Həvva belə dünyaya gəlməmişdi. Bundan başqa rayonlarımızın adı, məsələn, Cəlilabad. Orada camaat yaşayanda Mirzə Cəlil harda idi, nə vaxt oranı abad edib? Sabirabad, elə Füzulinin özü. Adları əbədiləşdirmək lazım deyil. Füzulinin adı onsuz da əbədidr. Rayonlara yeni ad qoymaqla, elə Qarabulağı Füzuli ilə dəyişdirməklə o əraziləri cavanlaşdırırıq. Qarabulaqla Füzuli eyni məkan olsa da, tarixi eyni deyil. Məsələn, əvvəllər "Xrebtovi" küçəsi var idi. Mən universitetdə oxuyanda orada kirayədə qalmışam. Oranın da adı dəyişdi", - deyə Seyran Səxavət qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri