Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Samuxda küçədə söyüş söyən həbs edilib.
Lent.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Qaraağaclı kəndində qeydə alınıb.
24 yaşlı kənd sakini Samir Fərəcov (şərti adla) xəncərlə küçəyə çıxaraq, uşaqları hədələyib və uca səslə nalayiq ifadələr işlədib. Çağırış üzrə əraziyə gələn polis əməkdaşları Samiri nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymayıb və hərəkətlərinə davam edib.
Etdiyi əməllərə görə Samir Fərəcov saxlanılıb və barəsində inzibati protokollar tərtib olunub.
Törətdiyi əməli etiraf edən S. Fərəcov ifadəsində bildirib ki, evinin qarşısında tanımadığı şəxslərin avtomobildə yüksək səslə mahnı qoşduqlarını eşidib. Bu zaman o, küçəyə çıxaraq, həmin şəxslərə "Məhərrəm" ayı olduğunu bildirib və mahnının səsini aşağı salmalarını tələb edib. Daha sonra isə əsəbiləşərək, məlum əməli törədib.
Samir baş vermiş hadisəyə görə əməlindən peşman olduğunu bildirib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Samir Fərəcov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Baxış sayı:116
Bu xəbər 05 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















