Icma.az
close
up
RU
Məhərrəmlikdə musiqiyə din necə baxır? İlahiyyatçı açıqladı

Məhərrəmlikdə musiqiyə din necə baxır? İlahiyyatçı açıqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəziləri bunu tamamilə qadağan hesab etsə də, digərləri musiqinin növünə və məqsədinə görə yanaşmanın dəyişdiyini bildirir. Maraqlıdır, İslam dinində musiqi hansı hallarda haram sayılır və Məhərrəmlik dövründə bu məsələyə münasibət necədir?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, islam dini mənbələrinə görə musiqi bir çox alimlərin gəldiyi ümumi nəticəyə görə haram, bəzən də günah, bəzən isə məzhəb alimləri tərəfindən mübah kimi qiymətləndirilib:
“Qurani Kərimdə Məhərrəm ayında musiqi dinləməyi qadağan edən hər hansı ayə yoxdur. Allah Təala buyurur: "Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aya hörmətsizlik etməyin..." Bu ayədə haram aylara hörmət göstərilməsi əmr edilir. Lakin həmin hörmətin formaları sırasında musiqinin xüsusi olaraq qadağan edilməsi qeyd olunmur. Məhərrəm İslam tarixində mühüm hadisələrin yaşandığı aylardan biridir. Xüsusilə Kərbəla hadisəsi müsəlmanların qəlbində dərin iz buraxmışdır. Buna görə də bir çox insanlar bu ayı daha çox ibadət, təfəkkür, Quran oxumaq və mənəvi fəaliyyətlərlə keçirməyə üstünlük verirlər. Bu, dini baxımdan təqdir olunan bir davranışdır. Ancaq bir insanın Məhərrəm ayında musiqi dinləməsini avtomatik olaraq günah hesab etmək üçün açıq dini dəlil mövcud deyil. Əslində musiqi məsələsində İslam alimləri tarix boyu müxtəlif fikirlər söyləmişlər. İmam Əbu Həmid əl Qəzali musiqinin hökmünün onun məzmunundan və insana təsirindən asılı olduğunu bildirib. O yazır ki, insanı xeyrə, gözəl əxlaqa, Allahı xatırlamağa sövq edən musiqi ilə şəhvəti, günahı və mənəvi pozğunluğu təşviq edən musiqi eyni hökmə malik ola bilməz. İmam Nəvəvi bir çox hallarda musiqinin özünün deyil, onu müşayiət edən haram ünsürlərin qadağan olunduğunu qeyd etmişdir. Digər tərəfdən bəzi alimlər, xüsusilə İbn Teymiyyə və İbn Qeyyum musiqiyə daha sərt yanaşaraq onun insanın qəlbinə mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Buna görə İslam tarixində bu mövzuda vahid fikir olmayıb. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) dövründə bayram günlərində dəf çalınması və mahnı oxunması ilə bağlı səhih hədislər mövcuddur. Səhih Buxaridə rəvayət olunur ki, iki qız Aişənin evində mahnı oxuyarkən Peyğəmbər (s.ə.s) buna mane olmamışdır. Bu hədis bir çox alimlər tərəfindən musiqinin hər növünün mütləq haram olmadığının dəlillərindən biri kimi göstərilib”.
O deyib ki, müasir dövrdə aparılan psixologiya və neyrobiologiya araşdırmaları da göstərir ki, musiqi insan beynində emosional mərkəzlərə təsir edir:
“Musiqi bəzən stressi azalda, insanın ruh halını yaxşılaşdıra və yaddaş proseslərini gücləndirə bilir. Eyni zamanda aqressiya, zorakılıq, narkotik istifadəsi və əxlaqsızlığı təşviq edən məzmunlar isə mənfi təsirlər yarada bilir. Buna görə müasir elm də musiqini tək bir kateqoriyada qiymətləndirmir, onun məzmununa və təsirinə diqqət yetirir. Bu baxımdan İslamın ümumi prinsipi də diqqətəlayiqdir. Quranda buyurulur ki, "Onlar sözə qulaq asar və onun ən gözəlinə tabe olarlar." (Zumər surəsi, 18) Ayədən görünür ki, əsas məsələ insanın nə dinləməsi və dinlədiyinin onu hara aparmasıdır.
Mənim qənaətimə görə, musiqinin haram olduğunu söyləyən alimlər əsasən Loğman surəsinin 6-cı ayəsinə istinad edərək burada qeyd olunan 'ləhvəl hədis' ifadəsinin musiqi və insanı Allahdan uzaqlaşdıran əyləncələrə aid olduğunu bildirmişlər. Lakin elmi obyektivlik baxımından qeyd etmək lazımdır ki, bir çox təfsir alimləri həmin ifadəni yalnız musiqi ilə məhdudlaşdırmamış, insanı haqq yoldan uzaqlaşdıran bütün faydasız və azdırıcı sözlər kimi izah etmişlər. Buna görə ayənin musiqi haqqında qəti və açıq hökm verdiyini söyləmək İslam alimlərinin hamısının qəbul etdiyi mövqe deyil. Bu da məsələdəki fikir ayrılığının əsas səbəblərindən biridir. Məhərrəm ayında musiqi dinləməyi qəti şəkildə haram elan edən açıq Quran ayəsi və ya səhih hədis yoxdur. Lakin bu ayın mənəvi dəyərinə hörmət edərək daha çox ibadətə, dua və təfəkkürə vaxt ayırmaq gözəl davranışdır. Musiqinin hökmü isə onun məzmunundan, məqsədindən və insana təsirindən asılı olaraq qiymətləndirilir. İnsanları günaha, əxlaqsızlığa, zorakılığa və ya Allahı unutmağa aparan musiqilər haram və ya harama yaxın hesab oluna bilər. Əksinə, insanın ruhunu sakitləşdirən, gözəl əxlaqı təşviq edən və haram məzmun daşımayan musiqilər barədə alimlər arasında fərqli yanaşmalar mövcuddur. Dinimizin əsas məqsədi insanın qəlbini Allahdan uzaqlaşdırmaq deyil, Ona yaxınlaşdırmaqdır. Buna görə hər bir müsəlman dinlədiyi şeyin onun mənəviyyatına, düşüncəsinə və həyatına necə təsir etdiyini vicdanla qiymətləndirməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyun 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri