Icma.az
close
up
RU
Məhərrəmlikdə musiqiyə din necə baxır? İlahiyyatçı açıqladı

Məhərrəmlikdə musiqiyə din necə baxır? İlahiyyatçı açıqladı

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəziləri bunu tamamilə qadağan hesab etsə də, digərləri musiqinin növünə və məqsədinə görə yanaşmanın dəyişdiyini bildirir. Maraqlıdır, İslam dinində musiqi hansı hallarda haram sayılır və Məhərrəmlik dövründə bu məsələyə münasibət necədir?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, islam dini mənbələrinə görə musiqi bir çox alimlərin gəldiyi ümumi nəticəyə görə haram, bəzən də günah, bəzən isə məzhəb alimləri tərəfindən mübah kimi qiymətləndirilib:
"Qurani Kərimdə Məhərrəm ayında musiqi dinləməyi qadağan edən hər hansı ayə yoxdur. Allah Təala buyurur: "Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aya hörmətsizlik etməyin..." Bu ayədə haram aylara hörmət göstərilməsi əmr edilir. Lakin həmin hörmətin formaları sırasında musiqinin xüsusi olaraq qadağan edilməsi qeyd olunmur. Məhərrəm İslam tarixində mühüm hadisələrin yaşandığı aylardan biridir. Xüsusilə Kərbəla hadisəsi müsəlmanların qəlbində dərin iz buraxmışdır. Buna görə də bir çox insanlar bu ayı daha çox ibadət, təfəkkür, Quran oxumaq və mənəvi fəaliyyətlərlə keçirməyə üstünlük verirlər. Bu, dini baxımdan təqdir olunan bir davranışdır. Ancaq bir insanın Məhərrəm ayında musiqi dinləməsini avtomatik olaraq günah hesab etmək üçün açıq dini dəlil mövcud deyil. Əslində musiqi məsələsində İslam alimləri tarix boyu müxtəlif fikirlər söyləmişlər. İmam Əbu Həmid əl Qəzali musiqinin hökmünün onun məzmunundan və insana təsirindən asılı olduğunu bildirib. O yazır ki, insanı xeyrə, gözəl əxlaqa, Allahı xatırlamağa sövq edən musiqi ilə şəhvəti, günahı və mənəvi pozğunluğu təşviq edən musiqi eyni hökmə malik ola bilməz. İmam Nəvəvi bir çox hallarda musiqinin özünün deyil, onu müşayiət edən haram ünsürlərin qadağan olunduğunu qeyd etmişdir. Digər tərəfdən bəzi alimlər, xüsusilə İbn Teymiyyə və İbn Qeyyum musiqiyə daha sərt yanaşaraq onun insanın qəlbinə mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Buna görə İslam tarixində bu mövzuda vahid fikir olmayıb. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) dövründə bayram günlərində dəf çalınması və mahnı oxunması ilə bağlı səhih hədislər mövcuddur. Səhih Buxaridə rəvayət olunur ki, iki qız Aişənin evində mahnı oxuyarkən Peyğəmbər (s.ə.s) buna mane olmamışdır. Bu hədis bir çox alimlər tərəfindən musiqinin hər növünün mütləq haram olmadığının dəlillərindən biri kimi göstərilib”.
O deyib ki, müasir dövrdə aparılan psixologiya və neyrobiologiya araşdırmaları da göstərir ki, musiqi insan beynində emosional mərkəzlərə təsir edir:
"Musiqi bəzən stressi azalda, insanın ruh halını yaxşılaşdıra və yaddaş proseslərini gücləndirə bilir. Eyni zamanda aqressiya, zorakılıq, narkotik istifadəsi və əxlaqsızlığı təşviq edən məzmunlar isə mənfi təsirlər yarada bilir. Buna görə müasir elm də musiqini tək bir kateqoriyada qiymətləndirmir, onun məzmununa və təsirinə diqqət yetirir. Bu baxımdan İslamın ümumi prinsipi də diqqətəlayiqdir. Quranda buyurulur ki, "Onlar sözə qulaq asar və onun ən gözəlinə tabe olarlar." (Zumər surəsi, 18) Ayədən görünür ki, əsas məsələ insanın nə dinləməsi və dinlədiyinin onu hara aparmasıdır.

Mənim qənaətimə görə, musiqinin haram olduğunu söyləyən alimlər əsasən Loğman surəsinin 6-cı ayəsinə istinad edərək burada qeyd olunan 'ləhvəl hədis' ifadəsinin musiqi və insanı Allahdan uzaqlaşdıran əyləncələrə aid olduğunu bildirmişlər. Lakin elmi obyektivlik baxımından qeyd etmək lazımdır ki, bir çox təfsir alimləri həmin ifadəni yalnız musiqi ilə məhdudlaşdırmamış, insanı haqq yoldan uzaqlaşdıran bütün faydasız və azdırıcı sözlər kimi izah etmişlər. Buna görə ayənin musiqi haqqında qəti və açıq hökm verdiyini söyləmək İslam alimlərinin hamısının qəbul etdiyi mövqe deyil. Bu da məsələdəki fikir ayrılığının əsas səbəblərindən biridir. Məhərrəm ayında musiqi dinləməyi qəti şəkildə haram elan edən açıq Quran ayəsi və ya səhih hədis yoxdur.

Lakin bu ayın mənəvi dəyərinə hörmət edərək daha çox ibadətə, dua və təfəkkürə vaxt ayırmaq gözəl davranışdır. Musiqinin hökmü isə onun məzmunundan, məqsədindən və insana təsirindən asılı olaraq qiymətləndirilir. İnsanları günaha, əxlaqsızlığa, zorakılığa və ya Allahı unutmağa aparan musiqilər haram və ya harama yaxın hesab oluna bilər. Əksinə, insanın ruhunu sakitləşdirən, gözəl əxlaqı təşviq edən və haram məzmun daşımayan musiqilər barədə alimlər arasında fərqli yanaşmalar mövcuddur. Dinimizin əsas məqsədi insanın qəlbini Allahdan uzaqlaşdırmaq deyil, Ona yaxınlaşdırmaqdır. Buna görə hər bir müsəlman dinlədiyi şeyin onun mənəviyyatına, düşüncəsinə və həyatına necə təsir etdiyini vicdanla qiymətləndirməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 İyun 2026 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri