Məhkəmə Cənubi Koreyanın keçmiş müdafiə nazirinin həbsinə order verib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 11 dekabr, AZƏRTAC
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-Hyunun ölkədə hərbi vəziyyətin elan edilməsi zamanı Prezident Yun Sok-Yola kömək etməsi ilə bağlı həbs qərarı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya mediası məlumat yayıb.
Sərəncamı ölkə prokurorluğu tələb edib və sabiq nazir “qiyama cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə”nin əsas iştirakçılarından biri olmaqda ittiham edilib.
Kim Yonq-Hyunun vəkili nazirin həbsinə order verilib-verilməməsi ilə bağlı məhkəmə iclasında iştirak edib. O bildirib ki, Kim Yonq etdiyi hərəkətlərə görə bağışlanmasını istəyir.
Keçmiş nazir bazar günü saxlanılıb, bundan sonra prokurorluq onu üç dəfə dindirib. O, prezidentə hərbi vəziyyət elan etməyi təklif etdiyini etiraf edib, lakin o, hərəkətlərinin qanunsuz olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Dekabr 2024 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















