Icma.az
close
up
RU
Məhkəmə külli miqdarda dələduzluqda ittiham olunan şəxsin cəzasını azaldıb AzPolitika onlayn siyasiictimai qəzet

Məhkəmə külli miqdarda dələduzluqda ittiham olunan şəxsin cəzasını azaldıb AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Xəyal Abdıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 3 ay azaldılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Xəyal Abdinov 7 il müddətində azadlıqdan məhrum edilib.

İttihama görə, Xəyal Abdıyev taksi fəaliyyəti ilə məşğul olduğu maşına müştəri qismində əyləşmiş qadını Hövsandan Yasamalda yerləşən xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib. O, qadının həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, onun həyat yoldaşı ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərinə dair vədlər verib. İttiham olunan şəxs bununla bağlı qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. Təkcə üzüm bağı salmaq adı ilə 60 min manat pul alaraq ələ keçirib.

X.Abdıyev daha 2 nəfəri aldadaraq birini məktəbdə müəllim kimi işə düzəldəcəyi və digərinin ali məktəbə qəbul olmaq üçün balını artıracağına vəd verərək hər birindən 10 min manat alıb. O, həmin şəxsləri buna guya Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə qohum olduğunu deyərək inandırıb.

Qeyd edək ki, XəyalAbdinov Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see211

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see184

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see144

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see127

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see126

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see122

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see121

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see121

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri