Məhkəmə tanışına 10 min “atan” şəxslə bağlı qərar çıxardı
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Elşan Əliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib.
İttihama görə, hadisə Elşan Əliyev tanışının adından istifadə edərək zərərçəkmiş Saleh Qafarlıya (adı, soyadı şərtidir) məxsus "Nissan Latio” markalı avtomobili təmir etdirib satacağını vəd edib. O, 2022-ci illərdə paytaxtın Nizami və Yasamal rayonu ərazilərində zərərçəkmiş şəxsin ümumilikdə 10 600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Elşan Əliyevə 1 il 10 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və dərhal həbsdən azad olunub. Həmin hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə təmin etməyib.
Kamal Məmmədov


