Icma.az
close
up
RU
ARSAK YOXSA ƏRSAK ???

ARSAK YOXSA ƏRSAK ???

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ARSAK YOXSA ƏRSAK ???

Son günlər Arsak və Ərsak sözü ilə bağlı başlanılan müzakirələrə mən də öz qeydlərimi əlavə etmək istəyirəm. Hər bir coğrafi-tarixi-siyasi adı müzakirə etməzdən öncə beş məsələyə diqqət vermək lazımdır:

1) Coğrafi mövqeyi

2) Əhalinin tərkibi

3) Arxoloji abidələr

4) Simvol və petroqramlar

5) Dilçilik izahı

1) Arsak-Ərsak adlanan ərazinin ilk öncə coğrafi xüsusiyyətilərinə baxaq:

“Arsax əyaləti Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin ərazisi qərbdə Həkərə çayı və Qarabağ dagının ətəklərinədək uzanırdı. Cənubda Araz çayına, şimalda isə Murovdağa qədər olan əraziləri əhatə edirdi. Cənub-qərbdə Arsax vilayəti Sünik vilayəti ilə həmsərhəd idi. İnzibati baxımdan 12 kiçik inzibati vahidə bölünürdü”

2) Əhalisinin tərkibinə nəzər salaq:

“Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və barsillər təşkil edirdi. Qarabağ əhalisi antik dövrdə və orta əsrlər dövründə həmçinin kəngərli, ustaclı, rumlu, şamlu, qıpcaq, səlcuq, əfşar, qaçar kimi türkmənşəli əhalidən ibarət olmuşdur.”

3) Arxoloji abidələrinə baxaq:

“Bu günə qədər qeyd edilən coğrafiyada tapılan abidələr, silahlar, pullar, sənətkarlıq nümunələri, geyim və zinyət əşyaları və digər maddi mənəvi əşyaların heç biri üzərində erməni dillində nə yazı, nə söz nə də bir sənətkarlıq nümunəsi əldə edilib. Erməni alimləri də bunu isbat edə bilmirlər. Çünki bütün tapılan arxeoloji resursların üzərində qədim türklərə aid yazılar və sənətkarlıq nümunələri var.

4) Simvol və petroqramlar

“Türk tayfalarının alban dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının inkişafında danılmaz rolu olmuşdur. Ona görə də bir çox tarixçilər alban memarlığından danışarkən "Alban-türk memarlığı" ifadəsini işlədirlər ki, bu da o dövrlə tam qanunauyğunluq təşkil edir. Qafqaz Albaniyasının erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünya görüşü və simvolik təsəvvürlər əks olunmuşdur.

Alban xaç daşlarnın obrazları bir çox əsrlər ərzində, əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonra üç dinin təsiri altında təşəkül etmişdi. Xaç daşlarının bütün özümlülüyü, orijinallığı və erməni xaçkarlarından əsaslı fərqi də bundan irəli gəlir. Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, göstərildiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər xristianlıqdan əvvəlki türk stellalar olduğu sübut edilmişdir”

5) Dilçilik izahı

1) Versiya : Arsak və ya Ərsaq toponimi qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” olaraq izah edilməkdədir.

2) Versiya: Qədim türklərdə Ə hərfi olmamışdır. A-E hərfləri daha çox istifadə edilib. Ərəblərin bu əyaləti işğaldan sonra bir çox yerlər ərəblərin tələffüz və ləhcəsinə uyğun olaraq Ə hərfi ilə adlanmağa başlayıb. Armenia-Ərməniyyə, Araz-Əraz, Arsak-Ərsak.......və s.

3) Versiya e.ə. 123-88-ci illərdə II Mitradat "Part” namında böyük vilayət şəhərini saldırmış, onun tərkibində indiki Qarabağ torpaqlarını əhatə edən coğrafiyada imperiyanın banisi Başbuğ Arşakin şərəfinə "Arsak" adında ərazi bölgəsini yaratmışdır

4) Versiya Toponimçilərin, dilçilərin, etimoloqların araşdırmalarına görə,. Artsak sözü türk dilində art-dağlıq ərazi kimi, Sak isə burda yaşayan tayfaların ümumi adı kimi götürülür. Yəni “dağlıq ərazi sakları” adlanmışdır

Erməni tarixçisi N.Adons yazır: "Qarabağ heç zaman erməni mədəniyyətinin mərkəzinə çevrilməmişdir. Artsax həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur”

Dr. Zaur Əliyev.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 13 İyun 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri