Məhkəmədə qanlı hadisə: Prokuror qadın hakimi silahla vurdu FOTO/VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
İstanbulun Kartal rayonunda yerləşən İstanbul Regional Ədliyyə Məhkəməsində ağır silahlı insident baş verib. Məhkəmənin 23-cü Cinayət Palatasında qadın hakim prokuror tərəfindən güllələnib.
Bizim.Media xəbər verir ki, bu barədə haberler.com saytı yazıb.
Hadisə 13 yanvar 2026-cı il tarixində, saat 13:00 radələrində baş verib. İlkin məlumata görə, Anadolu Ədliyyəsində prokuror vəzifəsində çalışan Məhəmməd Çağatay Kılıçaslan Regional Ədliyyə Məhkəməsinin 23-cü Cinayət Palatasının hakimi Aslı Kahramanın otağında olduğu zaman silahdan atəş açıb. Nəticədə qadın hakim qasıq nahiyəsindən yaralanıb.
Bildirilir ki, prokuror ikinci dəfə atəş açmaq istəyərkən otaqda olan çayçı Yakup Karadağ tərəfindən zərərsizləşdirilib. Həmin şəxs Maltepe Açıq Cəza İnfaz Müəssisəsində məhkum statusunda işləyirmiş. Onun müdaxiləsi daha ağır nəticələrin qarşısını alıb.
Yaralanan hakim Aslı Kahraman dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti nəzarət altındadır, lakin həyati təhlükəsinin olub-olmaması hələlik dəqiqləşdirilməyib.
Hadisədən sonra prokuror Məhəmməd Çağatay Kılıçaslan saxlanılıb və barəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanılıb. Ədliyyə binasında təhlükəsizlik tədbirləri gücləndirilib və araşdırmalara start verilib.
Mətbuatda yayılan iddialara görə, hücumu törədən prokurorun qadın hakimə qarşı isti münasibəti olub. Onların əvvəllər Anadolu Ədliyyəsində birlikdə çalışdıqları, məhz bu səbəbdən qadın hakimin Regional Ədliyyə Məhkəməsinə keçdiyi iddia edilir.
İstanbul Respublika Baş Prokurorluğu hadisə ilə bağlı rəsmi açıqlama yayaraq faktı təsdiqləyib və istintaqın davam etdiyini bildirib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 13 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















