Icma.az
close
up
RU
Məhkəməni udsa da, Space TV də qalmaq istəmədi

Məhkəməni udsa da, Space TV də qalmaq istəmədi

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aparıcı Zamirə Dadaşova "Space TV"dən çıxıb.

Axşam.az xəbər verir ki, aparıcı öz ərizəsi ilə işdən çıxdığını deyib. O bildirib ki, məhkəmədə qalib gəlib, kanaldakı işinə qayıtsa da, orada qalmaq istəməyib:

"Mənə görə şad xəbərdir. Dünən "Space TV"yə getmişdim. Yazığım gəldi ki, iki ildir mənə maaş ödəyirlər və mən ərizəmi yazıb çıxmasam məhkəmə qərarından sonra işdən çıxarda da bilmirlər. Dedim, bu qədər cəza bəsdir. Həm də orada çalışan insanların haqqına girmək istəmirəm. Ərizəmi yazdım, böyük məbləği götürdüm (13 ay maaş, 2 ay təzminat, 2 il məzuniyyət), yaxşı insanlarla sağollaşdım, pisləri Allaha həvalə etdim və 19 il çalışdığım binadan ayrıldım.

Nə qədər qürurlu, güclü, ədalətli olduğuma bir daha şahid oldum. Hətta məni tanımayan insanların da mənə necə hörmət etdiklərini, qarşı tərəfə olan münasibətlərini də gördüm. Əzilmədən, sınmadan, ədalətsiz və savadsız insanlara yerlərini göstərərək həyatımın gözəl bir səhifəsini də geridə qoydum. Özümlə, gücümlə, ağlımla qürur duyuram".

Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.  Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı. 

"Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm" deyə, Zamirə qeyd etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri