Icma.az
close
up
RU
Mehriban Əliyevanın Roma səfəri bizi çox sevindirdi Katolik icmasından AÇIQLAMA

Mehriban Əliyevanın Roma səfəri bizi çox sevindirdi Katolik icmasından AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Oktyabrın 17-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Romaya səfər edib. Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb. Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib.

Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin iştirakı ilə Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı da baş tutub.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın uğurları, ölkənin katolik icmasını hər zaman sevindirir:

"Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və səfər çərçivəsində Zati-Müqəddəsləri Papa XIV Leo ilə və Vatikanın bır sıra yüksək rütbəli rəhbər şəxsləri ilə görüşləri Azərbaycanın katolik icmasında böyük sevinc və fərəhlə qarşılandı. Dünyamızın bu gün sülh, barış və mərhəmət, qarşılıqlı hörmət və əməkdaşlıq nümunələrinə çox ehtiyacı var. Biz çox şadıq ki, Azərbaycan bu gün sülh quruculuğu proseslərinin ön sıralarındadır. Azərbaycan göstərir ki, dini, etnik və mədəni müxtəliflik qarşıdurma deyil, əksinə, sabitlik,əməkdaşlıq və tərəfləri zənginlərşdirən dialoq üçün geniş imkanlar yarada bilər". 

Toral Ağayev Katolik Kilsəsi üçün yaradılan şərait və imkanlara görə dövlətə və cəmiyyətə çox minmətdar olduqlarını vurğulayıb:

"Heydər Əliyev Fondunun Vatikanda, Romada və dünyanın digər ölkələrində həyata keçirdiyi müxtəlif dinlərə və mədəniyyətlərə aid tarixi abidələrin bərpası layihələri bir daha göstərir ki, Azərbaycan bu gün ümumbəşəri dəyərlərin kürsüsündən çıxış edir. 

Ölkəmizdə dini icmalar üçün, o cümlədən Katolik Kilsəsi üçün yaradılan şərait və imkanlara görə dövlətimizə və cəmiyyətimizə çox minmətdarıq. Biz böyük Azərbaycan ailəsinin üzvü olmaqdan çox məmnunuq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri