Icma.az
close
up
RU
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? bəs hansı dildə...

Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? bəs hansı dildə...

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran hakimiyyət orqanları müstəqil Azərbaycan Respublikasının vətəndaşlarına təhsil verəcəkmişlər. Onların öz ölkəsindəki qızlara verdiyi təhsili lap yaxşı görürük. 1979-cu il inqilabında fədakarlıqla iştirak edən Azərbaycan türklərinə heç olmasa ölkə Konstitusiyasının 15-ci maddəsinə əsasən, ana dilində təhsil hüququnu belə, tanımırlar, Azərbaycan Respublikasının qızlarına təhsil təklif edirlər. Haqlı olaraq soruşulur: dediyiniz təhsili hansı dildə vermək niyyətindəsiniz, fars dilində? Milyonlarla insanın beyninin “yuyulması”ndan gözləriniz doymayıb, indi də Arazın bu tayına müdaxilə edirsiniz?!

Hətta absurdluq o həddə çatıb ki, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif azərbaycanlı məktəbli qızlarla bağlı fərman verib. Bu addımı soyadı ilə kəskin ziddiyyət təşkil edən Arif, azərbaycanlı məktəblilərin İranda təhsilinə davam etdirə biləcəklərini deyib. İran rəsmisi Azərbaycandakı ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqini “təhsildən məhrumetmə” kimi qələmə verib və vahid məktəbli geyimi ilə razılaşmayanların İranda təhsillərini davam etdirmələrinə şərait yaradılmasını təklif edib. “İranın Elmlər Nazirliyinin Azərbaycan Respublikasında təhsildən məhrum qalan hicablı qızlarla bağlı dəvətini alqışlayıram. Hörmətli səhiyyə və təhsil nazirlərindən və İslami Azad Universitetinin hörmətli prezidentindən də azərbaycanlı tələbələrin qəbulu və təhsilinin davam etdirilməsi üçün lazımi tədbirləri görmələrini istəyirəm”-Arif “X” platformasında yazıb.

Bundan bir neçə gün əvvəl İranın elm və təhsil naziri Hüseyn Simayi Sərraf da oxşar təkliflə çıxış etmişdi.

Azərbaycanın Elm və Təhsil Nazirliyi Azərbaycanın daxili işlərinə müdaxilə ilə bağlı sərt reaksiya verib. Nazirlik vurğulayıb ki, Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur: “Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır. İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar”.

Yəni yumşaq şəkildə dərs verilib İran rəsmilərinə…

Bundan əlavə, 55 QHT İran prezidenti Məsud Pezeşkiana müraciət edərək, İranda və Güney Azərbaycandakı 40 milyondan artıq azərbaycanlıya ana dilində təhsil almaq üçün şərait yaradılmasını istəyib. Əslində, QHT-lərimiz müraciət edərkən gərək fars şovinistlərinin İran prezidentinə hətta ana dilində Şəhriyardan şeir söyləməsinə imkan verməmələrini, Türk dövlətlərinin tədbirində öz övladına “Zəhra, gəl bura” deyə, ana dilində danışmasını sinirə bilməmələrini nəzərə alaydılar. Rejim mənsubları hətta ölkə başçısına mənsub olduğu xalqın dilində, anasının dilində danışmasını irad tutub, üstünə cumurlarsa, belə olduğu halda, Məsud Pezeşkian nəsə bir addım ata bilərmi? Hələ seçilməmişdən öncə Azərbaycan türklərinə ana dilində təhsil hüququ veriləcəyi barədə vəd eləmiş bir şəxs nə qədər çətin durumla üz-üzə qalıb, bunu çoxlarımız bilirik.

Ölkəni, 100 milyonluq xalqı barmağına dolayan rejimin əsas güc mərkəzləri bu ölkəni bəlalardan xilas etmək üçün fədakarlıq edən prezidenti də hər an aradan götürməyə hazır görünürlər. Bu ölkədə prezidentin hökmü olsaydı, Azərbaycanın daxili işlərinə qarışan Arif də Saralın taleyini yaşayardı…

Amma istənilən halda, Güney Azərbaycanda, İranda yaşayan 40 milyondan artıq azərbaycanlının hüquqları ilə bağlı etiraz səsinin ucaldılması vacib addımlardandır və bu, beynəlxalq miqyas almalıdır.
Yeri gəlmişkən, son həftələrdə Azərbaycanın daxili işlərinə qarışan Türkiyədəki bəzi dairələr də üzlərini İranda haqqı-hüququ addımbaşı pozulan on milyonlarla Azərbaycan türkünə sarı çevirəydi kaş ki…Orda azərbaycanlılar digər vətəndaşlar kimi məcburən, ölüm təhdidi altında hicab geyinir, geyinməyənlərin də axırı 2022-ci ilin sentyabrında “əxlaq polisi” tərəfindən “uyğunsuz hicab” ittihamı ilə saxlanılan döyülərək öldürülən, meyiti belə uzun müddət ailəsinə verilməyən 22 yaşlı Məhsa Əmini kimi olur…

Amma hicablı qızlar, xanımlar on illərdir “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!”, “Haray, haray, mən türkəm!”- desələr də, səsləri eşidilməz qalıb. İndi görək hansı daha narahatedici məsələdir: Azərbaycanda qızların vahid məktəbli geyimində dərsə getmələri, yoxsa İranda on milyonlarla qızların doğma türk dilində təhsil almaq hüququndan məhrum edilmələri?.. 2022-ci ilin 11 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı çox vacib mövzulara toxunmuşdu. Bildirmişdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Sitat: “Hesab edirəm ki, TDT üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daim əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.
Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”, - dövlətimizin başçısı qeyd etmişdi.

Təbii ki, söhbət cənubda yaşayan soydaşlarımızdan gedir. Xüsusən də Türk Dövlətlər Təşkilatının Ankara Zirvəsi ərəfəsində İranın növbəti dəfə Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi elə bütövlükdə Türk dövlətlərinə qarşı sayğısızlıqdır. Yeri gəlmişkən, İran diplomatı bu günlərdə hətta Səmərqəndə iddia etdi, bununla da bir türk şəhərini farslaşdırmağa, iranlaşdırmağa çalışdı…Absurd iddialar bitmir ki…

Bu mənada TDT-nin qarşıdakı Zirvəsində dövlətlərimizin daxili işlərinə müdaxilə cəhdlərinə tutarlı cavabla yanaşı, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir türkün ana dilində təhsil almaq hüququnun olması barədə prinsipial mövqe ortaya qoyularsa, bu, İran rejiminə də xəbərdarlıq olar.
İrandakı bir çox səlahiyyət sahibləri reallıq hissindən çox-çox uzaqdırlar. Onlar dost və düşmənlərini ayıra bilmirlər. Ölkə bu gün “hər an” növbəti dəfə dəhşətli müharibə ilə üz-üzə qala bilər, ABŞ və İsrailin təhdidləri bitmir, amma

İran daxili problemləri ilə məşğul olmaqdansa, öz ərazisindən İrana qarşı istifadəyə imkan verməyən qonşusunun məktəblərinə başını, burnunu soxur. Sən ərazindəki qızlar məktəbini belə, müdafiə edə bilmədin, 200-dək günahsız qız məktəbli raket zərbələrinin qurbanı oldu, indi Azərbaycan Respublikasındakı qızlara “təhlükəsiz” təhsil hüququ iddiası ilə çıxış edirsən?! Onları İrana dəvət etməkdə niyyətin nədir? Qum dərsləri keçmək, yoxsa günün birində saçının ucu göründüyü üçün edam kürsüsünə çıxartmaq?! Ən doğru qərar bu olardı ki, İranın alət kimi istifadə etmək istədiyi hicablı qızlarımız nümayişkəranə şəkildə hicablarını çıxarıb, doğma vətəndə dünyəvi təhsillərini davam etdirsinlər, necə ki, bir çoxları məhz bu yolu haqlı olaraq seçdilər, düşmənləri sevindirmədilər.

İran sosial-iqtisadi problemlər məngənəsində boğulur, hətta prezident özü də vəziyyətin kritikliyini etiraf edir. Artıq ərzaq problemləri yaşanır bu qədər yeraltı sərvətlərin olduğu ölkədə. Amma ölkə vətəndaşlarını normal qidalandıra bilməyənlər Azərbaycan məktəbliləri üçün “fərman” verirlər. Adama deyən gərək: gedin, işinizlə məğul olun, şərinizi bizdən uzaq eləyin!

Yeri gəlmişkən, abırsızcasına “Ermənistanda hicab qadağası yoxdur”, iddiası ilə çıxış edənlər var idi e, onlar nə deyirlər bu məsələlərə? İranda da hicab qadağası yoxdur, amma 100 min erməninin ana dilində məktəbləri, qəzet-jurnalları, kəsəsi, öz aləmləri var. Amma hicablı Azərbaycan qızları türk dilində yazıb-oxumaqdan məhrumdurlar. Bəlkə səslərini çıxarsınlar, etiraz etsinlər, türk həmrəyliyi göstərsinlər… Amma yox, onlara fitnə-fel verənlərdən biri də elə İranın fərman verənləri idi, yaxşı bilirik.

Elşad PAŞASOY, Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri