Icma.az
close
up
RU
Meir Lau: Holokost vaxtı Azərbaycanda 55 mindən çox yəhudi sığınacaq tapıb

Meir Lau: Holokost vaxtı Azərbaycanda 55 mindən çox yəhudi sığınacaq tapıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb.

AZƏRTAC STMEGI portalına istinadla xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrael Meir Lau deyib.

Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Holokost Qurbanlarının Beynəlxalq Anım Günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub.

İsrael Lau çıxışında özünün sağ qalması hekayəsini danışaraq, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edib.

“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni xatırlatmaq istəyirəm: yəhudi xalqı və İsraillə sıx əlaqələri olan müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan dövləti. Azərbaycan bu gün şərə qarşı İsraillə çiyin-çiyinə dayanır”, -deyə ravvin bildirib.

O vurğulayıb ki, Azərbaycan xalqı minillik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq nümayiş etdirməyib.

“Bundan başqa, Holokost zamanı qırğından qaçan 55 mindən çox yəhudi Azərbaycanda sığınacaq tapıb, 7 oktyabr faciəsindən (radikal HƏMAS hərəkatının hücumu - red.) sonra isə yüzlərlə Azərbaycan vətəndaşı İsrail səfirliyinə gələrək gül dəstələri və başsağlığı məktubları gətirib. Yaradan bizə pis əməlləri xatırlamağı əmr edir. Lakin biz İsrail xalqına qarşı ürəklərində sevgi və qardaşlıq atəşi alovlanan insanları da xatırlamalı, onlara təşəkkür etməliyik”, -deyə Lau vurğulayıb.

Bakıda Avropa Yəhudilərinin Sinaqoqunda Holokost Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbir keçirilib. Bu gün diplomatik korpusun nümayəndələri, din və ictimai xadimlər, eləcə də yəhudi icmasının üzvləri nasist terroru zamanı həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün toplaşıblar.

Mərasimi sinaqoqun baş ravvini Şneor Seqal açıb. Fəxri qonaqlar arasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, İsrail səfiri, Milli Məclisin deputatları, yəhudi icmalarının rəhbərləri, 30-a yaxın xarici dövlətin səfiri və ictimaiyyət nümayəndələri olublar.

“Xabad-Or-Avner” yəhudi məktəbi şagirdlərinin çıxışından sonra Holokost qurbanlarının xatirəsinin qorunmasının vacibliyini vurğulayan təsirli çıxışlar olub. Natiqlər qeyd ediblər ki, dünyada antisemitizmin həyəcanverici səviyyədə artmasına baxmayaraq, Azərbaycan ənənəvi olaraq tolerantlıq, qarşılıqlı hörmət və müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması mühitinin hökm sürdüyü ölkə olaraq qalır.

Tədbir Holokost qurbanlarının xatirəsinə hüzn və ehtiramı bildirən xatirə şamlarının yandırılması və dünyasını dəyişənlərin şərəfinə ənənəvi duaların, o cümlədən Kadiş oxunması ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri