MEK akademik Zərifə Əliyevanın anadan olmasının 102 ci ildönümünə həsr edilən sərgi hazırlayıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilən sərgi hazırlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə akademik Zərifə Əliyevanın “Oftalmologiyanın aktual problemləri” məqalələr toplusu və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Seçilmiş əsərləri” nümayiş olunur. Sərgidə, həmçinin görkəmli akademikin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən “Nurlu ömrün salnaməsi. Zərifə Əliyeva – 95 metodik vəsaiti”, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”, “Qaranlığa nur saçan zəka”, akademik Zərifə Əliyevanın 85 və 90 illik yubileylərinə həsr olunmuş oftalmologiyanın aktual problemlərinə dair beynəlxalq elmi konfransın materialları və digər nəşrlər yer alıb.
İki həftə davam edəcək sərgidə MEK tərəfindən tərtib edilən “Zərifə Əziz qızı Əliyeva” adlı biblioqrafik göstərici də nümayiş olunur.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:86
Baxış sayı:86 Bu xəbər 28 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 28 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















