Məkkə təhlükəli istilərə məruz qalıb
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni araşdırmalar göstərir ki, qlobal istiləşmə Məkkənin iqlimini ciddi şəkildə dəyişdirib və milyonlarla zəvvar artıq təkcə yayda deyil, ilin digər aylarında da təhlükəli istilərə məruz qalır.
Redaktor.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tədqiqatlara görə, fosil yanacaqların istifadəsi nəticəsində yaranan karbon tullantıları səbəbilə may ayında temperatur müntəzəm olaraq 40°C-yə qədər yüksəlir. Əvvəllər bu cür yüksək istilər əsasən yay aylarında müşahidə olunurdu. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi davam edərsə, Həcc ziyarəti əsrin sonuna qədər demək olar ki, ilboyu təhlükəli istilər şəraitində keçirilə bilər.
Həcc ziyarəti İslam təqvimi ilə hər il fərqli vaxta düşür və beş gün davam edir. 2024-cü ildə iyun ayında keçirilən Həcc ziyarəti zamanı həddindən artıq istilər və rütubət səbəbindən 1300-dən çox zəvvarın həyatını itirmişdi.
Səudiyyə Ərəbistanı isə zəvvarların təhlükəsizliyi üçün kölgəli yollar, soyutma məntəqələri, dumanlama sistemləri və geniş tibbi xidmətlər kimi tədbirlər həyata keçirir.
Baxış sayı:178
Bu xəbər 29 May 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















