Icma.az
close
up
RU
Meksikada keçirilən görüşlərdə Azərbaycanın COP29 Sədrliyi çərçivəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib

Meksikada keçirilən görüşlərdə Azərbaycanın COP29 Sədrliyi çərçivəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də Meksika Birləşmiş Ştatlarına səfər edib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində Meksika Xarici İşlər Nazirliyinin Çoxtərəfli Əlaqələr və İnsan Hüquqları məsələləri üzrə nazir müavini Enrike Oçoa Martinez, Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda və Meksikanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) görüşlər keçirilib.

Nazir müavini Enrike Oçoa Martinez ilə keçirilən görüşdə beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Meksika arasındakı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Y.Rəfiyev meksikalı həmkarını Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, eləcə də qarşıdan gələn dövrdə çoxtərəfli platformalarda Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə keçiriləcək tədbirlər barədə ətraflı məlumatlandırıb.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edib, bu çərçivədə Azərbaycanın COP29-a Sədrliyinə dair fikir mübadiləsi aparıb.

Meksikanın iqlim məsələləri üzrə baş danışıqçısı Kamila Zepeda ilə keçirilmiş görüşdə Azərbaycanın COP29-a Sədrliyi çərçivəsində əldə etdiyi tarixi nailiyyətlər vurğulanıb, bu xüsusda Azərbaycanın uğurlu Sədrliyi təqdir edilib.

Beynəlxalq Əlaqələr üzrə Meksika Şurasında (COMEXI) keçirilmiş görüş zamanı 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda formalaşmış yeni reallıqlar konteksində Azərbaycanın regionda artan rolu və həyata keçirdiyi çoxşaxəli xarici siyasət, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin təşəbbüsləri və fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın COP29 Sədrliyi və bu çərçivədə aparılmış danışıqların məzmunu və əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri