Məktəb direktoruna pul verirlər ki, dini təhsil almaq üçün dərsə gəlməsinlər Deputat
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sosial şəbəkələrdə yayılmışdı, hansısa məktəb direktoruna dini təhsil almaq üçün pul verirlər ki, məktəbə gəlməsinlər. Dini təhsillə bağlı da qanunvericilikdə dəyişiklik edilməlidir. Harda dövlətin nəzarətindən kənarda olan dini təhsil varsa, onları da insan alverinin qurbanları kimi xarakterizə etməyə başlamalıyıq”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
“Çünki biz dünyəvi dövlətin prinsiplərini tətbiq etməliyik. Məktəblərdən və dünyəvi təhsildən uşaqların uzaq düşməsinə imkan verməməliyik. Dövlət bu məsələni mütləq nəzarəti altında saxlamalıdır. Bu məsələ ilə bağlı DİN tərəfindən qanunvericilikdə dəyişiklik təklifi olsa bu sahənin də insan alveri kateqoriyasına aid etmək olar”, - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















