Məktəb illəri mahnısının müəllifindən AÇIQLAMA: Bütün Azərbaycan ondan danışırdı
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 100-dən çox məşhur mahnının söz yazarı olan Kəmalə Abiyeva deyib:
"Mahnının tarixçəsini də bölüşüblər. İstər-istəməz biz də yada düşürük. Bir yaradıcı adam üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bəstə, mahnı öz yerində. Aygün Səmədzadə də məni çox gözəl duyub və bu şeirə gözəl mahnı bəstələyib. Ümumiyyətlə, Aygün xanımla çox gözəl işbirliyimiz olub və bütün mahnılarımız hitə çevrilib.
"Məktəb illəri" bizim ilk mahnılarımızdandır. Artıq 25 yaşı tamam olub. 25 ildən artıq sözləri dillər əzbəri olan bir mahnının söz müəllifi olmaq o qədər qürurvericidir ki... Mən bilmirəm, bizdə indi belə müəllif varmı? Məncə yaradıcı adamın xoşbətliyi bundadır. Bu mahnı insanların ürəyinə yol tapır, zövqünü oxşayır, unudulmur".
O, mahnının sevilməsini belə izah edib:
"Bu mahnının sevilməsində hər üçümüzün - Aygün Səmədzadənin, Lalə Məmmədovanın və mənim əməyim var. Təbii ki, mövzu fərqli idi. Belə bir mahnı yox idi. Bu qədər düşündürücü bir mahnı oldu. Bəstəkar şeiri o qədər duydu ki, həmin sözlərə tam oturan bir musiqi yazdı. Yoxsa bu şeiri o qədər adam eşitməzdi bəlkə də. Lalə xanım da onu gözəl ifa etdi. Mahnı oxunan kimi, bir gündə məşhur oldu. Bütün Azərbaycan həmin gün o mahnıdan danışırdı. Belə hallar tək-tük olur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 15 Sentyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















