Icma.az
close
up
RU
Məktəb psixoloqları və kitabxanaçılar da sertifikasiyadan keçəcək

Məktəb psixoloqları və kitabxanaçılar da sertifikasiyadan keçəcək

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda təhsil sistemində son illərdə saxta diplomlarla bağlı ciddi tədbirlər görülsə də, bu proses əsasən müəllimləri əhatə edib, məktəb psixoloqları və kitabxanaçılar üçün eyni qaydalar tətbiq olunmayıb.

Bunun nəticəsində isə fərqli ixtisasları bitirmiş, lakin uzun illər bu sahədə çalışan şəxslər öz sahələrində heç bir akademik hazırlıq olmadan fəaliyyət göstərməyə davam edirlər.

Müşahidələr göstərir ki, bu vəziyyət isə məktəblərdə psixoloji xidmətin keyfiyyətinin aşağı düşməsinə, kitabxanalardan düzgün istifadə edilməməsinə və şagirdlərin mütaliə səviyyəsinin zəifləməsinə səbəb olur.

Modern.az-a açıqlamasında təhsil sahələri üzrə ekspert Kamran Əsədov bildirib ki, məktəb psixoloqlarının əsas vəzifəsi şagirdlərin psixoloji durumunu düzgün qiymətləndirmək, onların problemlərini aşkar etmək və məktəbdə sağlam psixoloji mühitin yaradılmasına töhfə verməkdir. Lakin hazırda məktəblərdə çalışan psixoloqların böyük bir hissəsi bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər deyil:

“Bir çox hallarda pedaqoji və ya başqa sahələr üzrə təhsil almış şəxslər məktəb psixoloqu kimi fəaliyyət göstərir. Bu isə onların şagirdlərin psixoloji problemlərini peşəkar şəkildə həll etməsinə mane olur. Məktəb psixoloqlarının ixtisaslı olmaması şagirdlərin davranış pozuntularının vaxtında aşkar edilməməsinə, məktəb zorakılığı hallarının qarşısının alınmamasına və psixoloji dəstəyə ehtiyacı olan uşaqlara kömək edilməməsinə səbəb olur”.

Ekspert bildirib ki, bu problemin həlli üçün məktəb psixoloqlarının sertifikasiyası mexanizmi tətbiq edilə bilər:
“Məktəblərdə çalışan psixoloqlar üçün mütəmadi olaraq təlimlər, seminarlar və ixtisasartırma proqramları təşkil edilməlidir. Bundan əlavə, onların sertifikatlaşdırılması üçün testlər və psixoloji bilikləri yoxlayan imtahanlar keçirilə bilər. Azərbaycanda psixoloji sahədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq qurulmalı və məktəb psixoloqları üçün əlavə ixtisasartırma proqramları həyata keçirilməlidir. Bu tədbirlər nəticəsində məktəblərdə çalışan psixoloqların peşəkarlıq səviyyəsi yüksələcək və şagirdlərə göstərilən psixoloji xidmətin keyfiyyəti artacaq”.

Kitabxanaçılarla bağlı da oxşar problemlemin olduğunu dilə gətirən K. Əsədov qeyd edib ki, məktəblərdə kitabxanaçı vəzifəsində çalışanların əksəriyyəti kitabxanaçılıq və informasiya idarəçiliyi sahəsində ali təhsil almamış şəxslərdir. Bu isə kitabxanalarda müasir idarəetmə sistemlərinin tətbiqinə mane olur. “Müasir dövrdə kitabxanaçılar yalnız kitabları rəflərə düzməklə deyil, həm də müasir texnologiyalar vasitəsilə informasiya resurslarını idarə etməklə məşğul olmalıdırlar. Azərbaycanda isə bir çox məktəb kitabxanaları hələ də köhnə metodlarla idarə olunur, rəqəmsal kitabxana sistemləri tətbiq edilmir və şagirdlərin mütaliəyə marağını artıracaq strategiyalar həyata keçirilmir”.

“Məktəb kitabxanaçılarının peşəkarlıq səviyyəsinin artırılması üçün də sertifikasiyaya ehtiyac var. Kitabxanaçılar üçün xüsusi monitorinq mexanizmləri tətbiq olunmalı və onların iş fəaliyyəti mütəmadi qiymətləndirilməlidir. Həmçinin, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində kitabxanaçılar üçün əlavə təlimlər və kurslar təşkil edilməlidir. Kitabxanalar yalnız kitab saxlamaq üçün bir məkan deyil, həm də şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirən, onları elmi biliklərə yönləndirən mərkəzlər olmalıdır. Bu səbəbdən, kitabxanaçılar informasiya idarəçiliyi, kitabxana idarəetməsi və mütaliə vərdişlərinin formalaşdırılması üzrə biliklərə malik olmalıdırlar”.

Bu iki sahənin inkişafı üçün daha geniş monitorinq sistemi yaradılmalı olduğunu bildirən ekspertin sözlərinə görə məktəb psixoloqları və kitabxanaçılar üçün sertifikatlaşdırma sistemi tətbiq edildikdən sonra onların iş fəaliyyətləri mütəmadi olaraq qiymətləndirilməli və nəticələr əsasında əlavə təlimlər və ixtisasartırma proqramları hazırlanmalıdır. 
“Hər iki sahədə çalışan şəxslərin bilik səviyyəsi müvafiq ekspert komissiyaları tərəfindən yoxlanılmalı və onların bu vəzifələrə uyğun olub-olmadığı müəyyən edilməlidir. Əgər müəyyən edilərsə ki, həmin şəxslər bu sahə üzrə kifayət qədər bilik və bacarığa malik deyillər, onlar üçün əlavə təhsil və ya alternativ iş yerləri təklif edilməlidir.

Məktəb psixoloqlarının və kitabxanaçıların təsadüfi seçilməsinin qarşısını almaq üçün gələcəkdə bu vəzifələrə qəbul qaydaları daha ciddi olmalıdır. Yeni işə qəbul olunan şəxslər yalnız müvafiq ali təhsilə malik olduqda bu vəzifələrdə çalışa bilməlidirlər. Bundan əlavə, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində məktəb psixoloqları və kitabxanaçılar üçün mütəmadi olaraq inkişaf proqramları təşkil edilməli və onların bilikləri daim yenilənməlidir”.

“Sertifikasiya və monitorinq mexanizmlərinin tətbiqi, ixtisasartırma proqramlarının genişləndirilməsi və işə qəbul sisteminin təkmilləşdirilməsi bu sahədə olan problemləri həll edə bilər. Əks halda, məktəblərdə təsadüfi şəxslərin psixoloq və kitabxanaçı kimi çalışması davam edəcək və bu da təhsil sistemində ciddi keyfiyyət problemlərinə yol açacaq. Azərbaycanda təhsil islahatlarının effektivliyini artırmaq üçün yalnız müəllimlər deyil, məktəb psixoloqları və kitabxanaçılar da sertifikatlaşdırılmalı və mütəmadi şəkildə ixtisaslarını artırmalıdırlar. Yalnız bu yolla təhsilin keyfiyyətini artırmaq və şagirdlər üçün daha effektiv tədris mühiti yaratmaq mümkün olacaq”- deyə sonda o qeyd edib. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri