Icma.az
close
up
RU
Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub Qərbi Azərbaycan Xronikas Xəbər saytı Son xəbərlər və Hadisələr

Məktəbdə dərs deyirdim, yoldaşım gəldi ki, saqqallı ermənilər hamısı kəndə dolub Qərbi Azərbaycan Xronikas Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Atamgil Stalinin göstərişi ilə qatarla Sabirabada gətirilib" adlı veriliş Zəngibasar mahalının eyni adlı rayonunun Sarvanlar kənd sakini Zəhra Sadıqovanın həyat hekayəsinə həsr olunub.

O, 1957-ci ildə dünyaya göz açdığını, uşaqlıq, məktəb illərinin o kənddə keçdiyini, pedaqoji təhsil aldıqdan sonra doğma kəndində coğrafiya müəllimi kimi fəaliyyət göstərdiyini və ailə qurub ev-eşik sahibi olduğunu deyib.

Onun sözlərinə görə, nəslinin qaçqınlıq tarixi 1918-ci ildən başlayır: "Andranikin qoşunları tərəfindən ilk dəfə didərgin salınan ailə İranın Xoy şəhərinə pənah aparıb. İkinci qaçqınlıq Stalinin göstərişi ilə 1950-ci illərdə baş verib və ailə Sabirabad rayonuna köçməyə məcbur olub. 1988-ci ildə isə üçüncü və ən ağrılı köç başlayıb. Həmin ilin fevralından başlayan məkirli oyunlar bizim İravan şəhərinə getməyimizə artıq imkan yaratmadı. Biz tükənmiş bir vəziyyətdə yaşayırdıq. Kəndlərdə vəziyyət gərginləşməyə başladı. Noyabrın sonlarında 500-dən çox ailə ilə birgə kəndi tərk etməyə məcbur qaldıq. Mən 3 azyaşlı övladımı götürüb əvvəlcə Naxçıvana, sonra isə Bakıya gəldik".

Sarvanlar kənd sakini erməni məkrliyi və vəhşiliyindən də söz açıb: "Rayonda ermənilər 37 yaşlı azərbaycanlını öldürdülər. Hər il aprelin 24-də ermənilər İravanın mərkəzində olan fontanları qırmızı rəngə boyayırdılar ki, bu, onların qanıdır, guya türklər və azərbaycanlılar axıdıblar. Əzizbəyovun şəhərdəki heykəlini gizlədərdilər, bir aydan sonra dövlət tərəfindən yenidən gətirib yerinə qoyulardı. Orada yaşayan azərbaycanlılar hər zaman erməni təcavüzünə, şiddətinə rast gəliblər".

Z.Sadıqova sonda 36 ildir Vətən həsrəti ilə yaşadığını, doğma yurda qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib: "Ağrı dağının ətəyində, Araz çayı və Zəngi çayının qovşağında yerləşən kəndimizdə Ağadədə və Qarapir kimi müqəddəs ziyarətgahlar mövcud idi. 1975-ci ildən sonra rayonun adını dəyişdirib Masis qoydular və bölgəyə kütləvi şəkildə ermənilər köçürüldü. Orada bizim tariximiz var. Biz nənə-babalarımızın, qohum-əqrabamızın qəbirlərini yenidən bərpa eləmək istəyirik. Əminəm ki, mən bu günləri görəcəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see236

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see196

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see195

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see165

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see147

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see133

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see133

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see133

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see131

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see131

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see130

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see130

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see127

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri