Icma.az
close
up
RU
Qarlı günlərdə məktəblər distant təhsilə keçməlidir AÇIQLAMA

Qarlı günlərdə məktəblər distant təhsilə keçməlidir AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hava şəraiti ilə əlaqəli olaraq təhsil müəssisələrinin fəaliyyətində müəyyən qərarların verilməsi və təhsilin distant formada keçirilməsi vacib idi. Ən azından 2-3 günlük dərslərin distant tədrisi təşkil olunmalı idi".

Bunu Redaktor.az-a təhsil eksperti Elçin Əfəndi qeyri-sabit havalarda distant təhsilin əhəmiyyətindən danışarkən bildirdi.

Onun sözlərinə görə distant təhsil tədris olunsa idi, yalnız paytaxtla məhdudlaşmamalı idi:

"Paytaxtdan kənar ərazilərdə də qar yağması səbəbindən yaranan hərəkət problemləri nəzərə alınaraq distant təhsil həyata keçirilməli idi. Bu cür şəraitdə dərslərin distant tədris formasına keçirilməsi məqbul olardı. Doğrudur, bəzi universitetlər bu qərarı vermişdi, amma məktəbəqədər və ümumtəhsil üzrə dərslər ənənəvi qaydada davam etdi".

Ekspert qeyd etdi ki, "Təhsil haqqında" qanunda xüsusi olaraq qeyd olunur ki, dərslərin 3 forması var.

"Təhsil əyani, qiyabi və distant tədris olunur. Amma hal-hazırda distant təhsil formasını demək olar ki, tanımırıq. Düşünürəm ki, ötən qarlı günlər üçün tədbir görülməli idi. Distant təhsil ciddi şərait yarandığı zaman tədris üçün uyğun vəziyyətə gətirilməlidir. Əsasən əyani və qiyabi təhsil formalarına üstünlük veririk. Xarici universitetlərdə tələbələr distant formada təhsil alıblarsa, onların ümumiyyətlə diplomları tanınmır. Müəyyən ciddi vəziyyət yarandığı zaman uzaqdan idarəetmə dərs formasına icazə verilir. Biz bunu koronavirüs dövründə bir növ təcrübə etmişik. Həmin təcrübəyə əsaslanaraq, müəyyən fövqəladə vəziyyətdə məhz uzaqdan idarəetmə dərsləri tədris olunmalıdır. Çünki bu, qanunvericilikdə də öz əksini tapıb. Qanunvericilikdə göstərilirsə, mütləq insanların təhlükəsizliyi və sağlamlığı baxımından belə qərarların verilməsi vacibdir", - deyə E.Əfəndi vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri