Icma.az
close
up
RU
Məktəblərdə bullinq: Gizli aqressiyanın uşaqlar üzərindəki dərin izləri

Məktəblərdə bullinq: Gizli aqressiyanın uşaqlar üzərindəki dərin izləri

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaman dəyişsə də, məktəblilər arasında zorakılıq və aqressiya halları cəmiyyətin üzləşdiyi əsas sosial problemlərdən biri olaraq qalır. Bu gün biz bu problemə daha sistemli şəkildə yanaşır və onu bir terminlə ifadə edirik – bullinq. Bu, uşaqların həmyaşıdlarına qarşı mənəvi, psixoloji və ya fiziki zorakılıq göstərməsi ilə xarakterizə olunan bir davranış modelidir. Bullinq təkcə məktəb divarları arasında yox, eyni zamanda sosial mediada – kiberbullinq şəklində də özünü göstərir və nəticələri çox zaman uzunmüddətli travmalarla müşayiət olunur.

Bullinqin tarixi və beynəlxalq miqyasda yayılması: tədqiqatlar nə deyir?

Bullinq termini ilk dəfə 1985-ci ildə Böyük Britaniya məktəblərində aparılan elmi tədqiqatlar zamanı işlədilib. Həmin dövrdən etibarən “bullinq”, “qurban”, “təcavüzkar” və “şahid” anlayışları uşaqların sosial psixologiyasında mühüm yer almağa başlayıb. Bu rolların hər biri, istər təzyiq edən, istər təzyiqə məruz qalan, istərsə də prosesə kənardan tamaşa edən uşağın psixoloji inkişafına mənfi təsir göstərir.

ABŞ Təhsil Departamentinin hesabatına görə, 12-18 yaş aralığında olan şagirdlərin 25 faizi, yəni hər dörd məktəblidən biri məktəb dövründə bullinqin müxtəlif formalarına məruz qalır. Bu göstərici təhsilin bütün pillələrində təzyiqin geniş yayıldığını və problemin sistemli yanaşma tələb etdiyini göstərir.

Ukraynada vəziyyət daha ağırdır. UNICEF-in Ukrayna üzrə apardığı tədqiqat nəticələri isə daha narahatedici mənzərə ortaya qoyur. Statistikaya görə, məktəblilərin tam 89 faizi birbaşa və ya dolayı yolla bullinqə şahidlik edir və ya bu zorakılığın qurbanı olur. Bu, təhsil mühitində təhlükəsizliyin ciddi şəkildə pozulduğunun göstəricisidir və müdaxilə mexanizmlərinin zəif olduğunu göstərir.

Rusiyada bullinq məsələsinə dair tədqiqatlar nisbətən gec, 2000-ci illərin sonunda aparılmağa başlanıb. İlk nəticələr göstərib ki, bullinq ölkənin məktəblərində kütləvi və ciddi bir hadisədir. 2010-cu ildə aparılmış tədqiqatlara əsasən, 11 yaşadək şagirdlər arasında 22 faiz oğlan və 21 faiz qız həmyaşıdları tərəfindən təhqir və zorakılığa məruz qaldığını bildirib. Moskvada aparılmış digər sorğuya görə isə 1200 şagirddən 78 faizi öz məktəbində bullinq hadisələrinin şahidi olduğunu etiraf edib. Yeniyetmələr arasında isə bu göstərici müvafiq olaraq oğlanlarda 13, qızlarda isə 12 faiz təşkil edir.

Norveçdə isə maraqlı bir statistika ortaya çıxıb: burada aparılan tədqiqatlarda oğlanların 11 faizi, qızların isə 2,5 faizi açıq şəkildə bullinq göstərdiklərini – yəni zorakılıq edən tərəf olduqlarını – etiraf ediblər. Bu cür açıq etiraflar Skandinaviya ölkələrində uşaqlar arasında psixoloji maarifləndirmənin və sosial məsuliyyət hissinin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu ölkələrdə zorakılığa qarşı məktəb əsaslı müdaxilə proqramları uğurla tətbiq olunur.

Hazırda bullinq üzrə sistemli elmi araşdırmalar ABŞ, Böyük Britaniya, Fransa, Finlandiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrdə aparılır. Bu ölkələrdə təhsildə təhlükəsiz mühitin yaradılması, zorakılıq hallarının aşkara çıxarılması və onların qarşısının alınması məqsədilə xüsusi dövlət proqramları, məktəbdaxili monitorinq mexanizmləri və psixoloji dəstək sistemləri fəaliyyət göstərir.

Azərbaycanda bullinq problemi: real vəziyyət

Son illərdə Azərbaycanda da məktəblilər arasında bullinq ciddi müzakirə mövzusuna çevrilib. Valideynlər, müəllimlər və psixoloqlar bu problemin məktəblilərin psixoloji durumuna, tədrisə münasibətinə və gələcək sosial davranışlarına təsirindən narahatdırlar. Ölkədə bu sahədə tədqiqatlar məhdud olsa da, real müşahidələr, müəllim və valideynlərin bildirdikləri hallar, eləcə də sosial şəbəkələrdə yayılan videolar problemin ciddiliyini təsdiqləyir.

Azərbaycanda bullinqin klassik – fiziki və mənəvi təzyiq formaları ilə yanaşı, kiberbullinq də son illər sürətlə yayılmağa başlayıb. Xüsusilə yuxarı sinif şagirdləri sosial şəbəkələrdə həmyaşıdları haqqında alçaldıcı paylaşımlar etmək, gizli şəkilləri yaymaq, qrup mesajlarında təhqir və təhdidlər yazmaq kimi davranışlarla gündəmə gəlirlər. Təəssüf ki, bu halların çoxu aşkarlanmadığı üçün uşaqlar uzun müddət təzyiqə məruz qalır və psixoloji travmalar yaşayırlar.

Ölkəmizdə bullinqə dair konkret, geniş miqyaslı statistik məlumatlar məhduddur. Lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və UNICEF-in keçirdiyi araşdırmalara görə, məktəblilərin təxminən 20-25 faizi bir növ zorakılığa məruz qaldığını bildirir. Bu rəqəmlər real vəziyyətin yalnız görünən hissəsidir, çünki əksər hallarda uşaqlar qorxu, utanc və ya inamsızlıq səbəbindən baş verənləri gizlədirlər.

Azərbaycan Respublikasının qanunvericiliyində “bullinq” termini hələ rəsmi şəkildə ayrıca bir maddə kimi yer almasa da, uşaqların müdafiəsinə dair bir sıra qanun və qaydalar mövcuddur. “Uşaq hüquqları haqqında” Qanun, “Təhsil haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi çərçivəsində zorakılığa məruz qalan uşaqların hüquqlarının qorunması nəzərdə tutulur.

Bundan əlavə, 2023-cü ildə məktəblərdə “Uşaqlar arasında zorakılıq və bullinqin qarşısının alınması ilə bağlı Təhsil Nazirliyinin tövsiyə xarakterli sənədi” qəbul edilib. Bu sənəddə məktəb rəhbərliyinin, psixoloqların və sinif rəhbərlərinin üzərinə düşən vəzifələr konkret şəkildə qeyd olunub.

Bullinqin uşaqlar üzərindəki dərin izləri

Mütəxəssislər bildirir ki, bullinqə məruz qalan məktəblilər tez-tez cəmiyyətlə təmasdan yayınmağa çalışır, içlərinə qapanır, dərslərində geriləyir, özünə inamını itirir və zamanla depressiv hallarla üzləşirlər. Bu cür uşaqlar təkliyə meylli olur, özlərini müdafiə etməkdə çətinlik çəkir, psixoloji olaraq zəifləyirlər və daha təhlükəlisi yad şəxslərin yönləndirməsinə və manipulyasiyasına daha asanlıqla məruz qalırlar. Bu isə gələcəkdə ciddi sosial fəsadlara səbəb ola bilər.

Təəssüf ki, bəzi hallarda bullinqə qarşı çevik və adekvat reaksiyalar verilmədiyindən, zorakılıq edən tərəf cəzasız qalır, zorakılığa məruz qalan isə susmağa, qorxmağa və ya məktəbdən uzaqlaşmağa üstünlük verir. Bu isə həm uşağın təhsilinə, həm də ümumilikdə şəxsiyyət inkişafına ağır zərbə vurur.

Çıxış yolu nədir?

Mütəxəssislər hesab edirlər ki, bullinqin qarşısını almaq üçün kompleks tədbirlərə ehtiyac var: məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, müəllim və valideynlərin bu istiqamətdə maarifləndirilməsi, uşaqlar arasında empatiyanın və qarşılıqlı hörmətin təşviq edilməsi vacibdir. Eyni zamanda, uşaqlara erkən yaşdan sosial bacarıqlar, emosional zəka, zorakılıqla mübarizə metodları və hüquqlarını tanımaq öyrədilməlidir.

Valideynlərin rolu da bullinqin qarşısının alınmasında həlledicidir. Onlar uşaqlarını mütəmadi dinləməli, psixoloji vəziyyətindəki dəyişiklikləri izləməli və məktəb rəhbərliyi ilə sıx əməkdaşlıq etməlidirlər. Eyni zamanda, cəmiyyətin də bu problemin fərqində olması və bu barədə açıq danışması vacibdir. Bullinq yalnız təhsil sistemi ilə həll olunacaq problem deyil – bu, sosial məsuliyyət tələb edən ümumxalq məsələsidir.

Unutmayaq ki, bullinq təkcə zorakılığa məruz qalan uşağın deyil, bütövlükdə cəmiyyətin gələcəyini təhlükəyə atır. Bu problemin həlli isə yalnız sistemli və davamlı şəkildə aparılan təhsil, ailə və hüquqi müdaxilə ilə mümkündür. Uşaqlar güclü və təhlükəsiz gələcək üçün bizim bu günü düzgün qurmağımıza möhtacdırlar.

Layihə Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Müasir Psixoloji Dəstək” İctimai Birliyinin “Təhlükəsiz gələcək!- Şagirdlərin Təhlükəsizlik hüququnun təmin edilməsi” adlı layihə çərçivəsində dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri