Icma.az
close
up
RU
Məktəblərdə hicab məsələsi: Filosofdan diqqətçəkən AÇIQLAMA

Məktəblərdə hicab məsələsi: Filosofdan diqqətçəkən AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Nazirlər Kabinetinin məktəb geyimi ilə bağlı qərarı sosial bərabərsizliyin aradan qaldırılmasına, şagirdlərin geyimə görə bir-biri ilə müqayisə aparmasının qarşısının alınmasına və milli-mənəvi dəyərlərə uyğun geyim mədəniyyətinin formalaşdırılmasına yönəlib.

Bunu Redaktor.az-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov bildirdi.

Onun sözlərinə görə, qərar həm valideynlər, həm pedaqoji işçilər, həm də təhsilalanlar arasında sosial bərabərsizliyin aradan qaldırılmasına xidmət edir. Məqsəd şagirdlərin müxtəlif sosial təbəqələrə mənsub olmalarından asılı olaraq bir-birinin geyiminə həsəd aparmasının, ucuz və ya bahalı geyimlərdən istifadəyə görə fərqlənməsinin qarşısını almaqdır.

Həmçinin məktəblərdə şagirdlərin və təhsilverənlərin qızıl-zinət əşyalarından, müxtəlif bijuteriya vasitələrindən və süni dırnaq uzadılmasından uzaq durması, milli-mənəvi dəyərlərimizə uyğun geyim formalarının tətbiqi nəzərdə tutulur.

R.Əsgərov qeyd etdi ki, Azərbaycan təhsilinin sekulyar, yəni dünyəvi istiqamətdə inkişaf etməsi bu sahədə atılan addımların əhəmiyyətini artırır. Onun fikrincə, məktəb mühitində şagirdlərin geyim vasitəsilə bir-biri ilə yarışması deyil, bilik və bacarıqlarının formalaşması əsas diqqət mərkəzində olmalıdır.

“Bu addımlar təhsil sahəsində aparılan islahatların davamı və ya növbəti mərhələsidir. Həmin mərhələ xüsusilə orta ümumtəhsil məktəblərində təhsilalanların nailiyyətlərinə, şəxsiyyət kimi formalaşmasına, müəyyən bilik və bacarıqlara yiyələnməsinə yönəlib”, - deyə o bildirdi.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, orta məktəblərdə, xüsusilə də yetkinlik yaşına çatmayan, 8-9 yaşlı uşaqlar arasında məktəb mühitinə və dünyəvi təhsilin xüsusiyyətlərinə uyğun olmayan geyimlərə rast gəlinir.

“Əlbəttə, bu geyimlər digər şagirdlərdə bəzən qıcıq, bəzən isə müəyyən həvəs yaradır. Bu da uşaqların diqqətinin təhsildən yayınmasına və dünyəvi təhsilin məqsədlərindən kənar istiqamətlərə yönəlməsinə şərait yarada bilər.

Ona görə də bu qərarın həyata keçirilməsi insanların hüquq və azadlıqlarının pozulmasına yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Uşaqlar, müəllimlər və digər şəxslər təhsildən sonra və ya təhsil müəssisəsindən kənarda istədikləri formada geyinə, o cümlədən hicabdan və digər geyim vasitələrindən istifadə edə bilərlər.

Bu məsələdə heç kim onların hüquq və azadlıqlarını məhdudlaşdırmağa çalışmır. Orta məktəblərdə qərarın icrası isə təhsilin inkişafına, şagirdlərin daha mütəşəkkil şəkildə bilik və bacarıqlara yiyələnməsinə xidmət edir”, - deyə Rəşad Əsgərov vurğuladı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri