Icma.az
close
up
RU
Məktəblərdə səssiz böhran: İmtahandan sonra ÖZƏL AÇIQLAMA

Məktəblərdə səssiz böhran: İmtahandan sonra ÖZƏL AÇIQLAMA

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tədris ili rəsmi olaraq hələ başa çatmayıb, lakin artıq buraxılış və blok imtahanlarına start verilib. Bu isə bir sıra suallar doğurur: Şagirdlər ilin proqramını tam öyrənmədən necə imtahana cəlb olunur? İmtahan sualları tədris ili tam bitmədən necə hazırlanır və qiymətləndirmə nə dərəcədə obyektiv ola bilər? Valideynlər, müəllimlər və təhsil ekspertləri arasında bu məsələ ilə bağlı fikir ayrılıqları yaranır. Bəs bu vəziyyətin səbəbləri və mümkün təsirləri nələrdir?

Təhsil eksperti Cahid İmanlı “Yeni Sabah”a açıqlamasında suallara belə aydınlıq gətirib:

“Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanlarını tədris ili bitmədən, yəni dərs müddəti davam edərkən keçirməsi ümumtəhsil məktəblərində təlim prosesinə ən ağır zərbə vuran amillərdən biridir. Bu il ilk buraxılış imtahanı martın 2-də keçirilib ki, bu da dərs ilinin təxminən üçdə birinin hələ qarşıda olması deməkdir. Belə bir şəraitdə buraxılış imtahanını verən və kifayət qədər bal toplayan şagird üçün dərsə davam etməyin mənası sual altına düşür. Şagird artıq qiymətini aldığını düşünür və dərs prosesinə marağını itirir”.

Ekspert qeyd edib ki, bu məsələyə dair DİM-ə verilən suallara cavab olaraq, qurumun nümayəndələri bildirirlər ki, şagirdin atestat qiymətləri onun müəllimi tərəfindən müəyyən olunur:

“Lakin reallıqda bir çox müəllimlər də qiymətləndirməni şagirdin buraxılış imtahanında topladığı bala uyğun şəkildə aparırlar. Belə olan halda, buraxılış imtahanı nəticələri tədris prosesindən üstün tutulur və dərslərin mənası arxa plana keçir.

Nəticədə bu vəziyyət repetitor fəaliyyətinin genişlənməsinə zəmin yaradır. Şagirdlər məktəbdə dərsə diqqət ayırmaq əvəzinə, yalnız imtahanlara hazırlaşmaq üçün kurslara və fərdi müəllimlərə üz tuturlar. Bu isə məktəbdə keçirilən dərslərin keyfiyyətinə və davamiyyətə birbaşa təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, buraxılış imtahanlarının tədris ili sonunda keçirilməsi həm tədrisə, həm də ümumi təhsil mühitinə müsbət təsir göstərə bilər. Əks halda, məktəb dərsləri formal xarakter daşıyacaq və təhsil sistemində qeyri-bərabərlik daha da dərinləşəcək”.

Aytac Şahin


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see422

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see320

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see306

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see304

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see297

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see279

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see275

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see275

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see273

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see268

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see263

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see261

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see254

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see251

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see243

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see238

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see233

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see229

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see215

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri