Icma.az
close
up
RU
Məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin Misir Mərdanov

Məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin Misir Mərdanov

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

Redaktor.az xəbər verir ki, bu fikirləri azpolitika.az-a müsahibəsində Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov söyləyib.

O qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada tes imtahanının əleyhinə olub:

"Dünyanın hər yerində ali məktəbə qəbul olmaq üçün 2 fəndən imtahan verilir: riyaziyyat və dildən. Görün, bizdə neçə fəndən imtahan verilir. Mən vaxtilə BDU-da Kimya fakültəsinin birinci kursunda təhsil alan tələbələrdən soruşdum ki, sizlərdən kim ərizəsində yazıb ki, kimya fakültəsinə qəbul olunmaq istəyir? Təsəvvür edin, 100 nəfərdən yalnız 5-i dedi ki, mən kimyaçı olmaq istəyirəm, qalanları isə həkim olmaq istəyirmiş, kimya fakültəsinə qəbul olub… Ümumiyyətlə, hesab edirəm ki, hər bir imtahan abituriyentin bilik və bacarığını qiymətləndirməklə yanaşı onun ümumi inkişafına xidmət etməlidir".

Misir Mərdanov "Son dövrlərdə ekspertlərin Dövlət İmtahan Mərkəzinə qarşı tənqidlərinin artdığını görürük. Necə dəyişməlidir DİM-in fəaliyyəti?" sualına belə cavab verib:

"Məncə, ilk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər...

Ən ciddi məsələ odur ki, məktəb və ayda 500-700 manat alan müəllim bu gün “bunker” müəllimlərinin hazırladığı suallara cavab verə biləcək şagird hazırlaya bilmir. Nazir özü də deyir ki, repetitorluq sistemi yaranıb və məktəb də, müəllim də hörmətdən düşüb".

Qeyd edək ki, Misir Mərdanov təhsil naziri işlədiyi müddətdə Təhsil Nazirliyi ilə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) - indiki Dövlət İmtahan Mərkəzi (DİM) arasında narazılıqlar var idi. Bunu həm keçmiş nazirin və DİM sədri Məleykə Abbaszadənin açıqlamalarından görmək olurdu.

Redaktor.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri