Məlahət İbrahimıqızı:”Media subyektlərinin vergidən azad olunması onlara əlavə imkanlar verəcək”
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.
Artıq Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqini tapıb.
Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.
Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında bu dəyişikliyi müsbət qiymətləndirdiyini deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda medianın fəaliyyətinə dövlət dəstəyi ənənəsi mərhum ölkə başçısı Heydər Əliyevin dövründə yaranıb:” O zaman mərhum prezidetimiz qəzetlərin mətbəələrə olan borcunun silinməsi üçün qərarlar verirdi.
Bu o dövr üçan ciddi dəstək idi. Bugün eyni ənənəni cənab Prezidetimiz davam etdirir. Vergidən azadolmalar media subyektləri üçün əlavə imkanlar verir ki, maddi-texniki bazasını möhkəmləndirsin”.
Günay Mahirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 09 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















