Melaniya Trampın inaqurasiya mərasimində geyindiyi şlyapasının GİZLİ MESAJI
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın inaqurasiyası təkcə möhtəşəm mərasimlə deyil, həm də yeni birinci xanım Melaniya Trampın zərif obrazı ilə yadda qalıb. Onun məşhur dizayner Erik Cavits tərəfindən hazırlanan qeyri-adi şlyapası isə xüsusi diqqət çəkib. Məlum olub ki, bu dəbli aksesuar dərin simvolizm və gizli mesaj daşıyır.
Oxu.Az-ın "ABC News"a istinadən verdiyi məlumata görə, bu barədə Erik Cavits özü danışıb.
Onun sözlərinə görə, Melaniyanın şlyapası onun şəxsiyyətinin yenidən dərk edilməsini simvolizə edir və mühafizəkar dəyərləri əks etdirir.
"Düşünürəm ki, bu, müəyyən təmkinlilik dövrüdür, həqiqətən də daha mühafizəkar dəyərlərə doğru dönüş anıdır. Həmçinin o, protokol barədə düşünüb, çox eleqant və sadə görünüb...", - deyə dizayner bildirib.
Cavitsin fikrincə, Melania Trampın inaqurasiya obrazı "çox güclü vizual mesaj" olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















