Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxarıb? Açıqlama Yenilənib
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə Əmr imzalayıb.
Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, sabiq rektor Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.
Xatırladaq ki, bir neçə gün əvvəl E.Babayev BDU-nun rektoru vəzifəsindən azad olunub və onun yerinə DİM sədri M.Abbaszadə təyin olunub.
***
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib.
O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb:
“BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















