Icma.az
close
up
RU
Meloninin Azərbaycan səfəri: “münasibətlər strateji xarakter daşıyır”

Meloninin Azərbaycan səfəri: “münasibətlər strateji xarakter daşıyır”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüş keçirilib və iki ölkə arasında əməkdaşlığın müxtəlif perspektivləri müzakirə olunub.

İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanla ən yaxın əlaqələri olan dövlətlərdəndir. Bu baxımdan Meloninin Azərbaycan səfərinin xarici medianın da gündəmində olması təsadüfi deyil.

“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri ilə müzakirə edib.

“İki dövlət arasında münasibətlər strateji xarakter kəsb edir”

Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, heç kəsə sirr deyil ki, Avropa ölkələri Azərbaycanın əsas tərəfdaşıdır və bu ölkələr sırasında İtaliyanın yeri və çəkisi xüsusilə böyükdür: “Nəzərə alsaq ki, Azərbaycan 16 dövlətə qaz ixrac edir. Onlardan 10-u Avropa İttifaqı ölkələridir. İldə 25 milyard kub metr qaz ixrac edir və onun təkcə 9,5 milyard kub metri İtaliya bazarına yönəlib. Bu fikirləri cənab İlham Əliyev İtaliyanın Baş naziri xanım Ciorcia Meloni ilə görüşündə də qeyd etdi ki, İtaliya həm neft, həm də qaz idxalında Azərbaycanın ikinci əsas iqtisadi tərəfdaşıdır və iki dövlət arasında münasibətlər strateji xarakter daşıyır. Xüsusilə də cənab Prezident vurğuladı ki, 2014 və 2020-ci ildə imzalanmış iki mühüm sənəd ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bu gün 130 İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bizim üçün strateji əhəmiyyətli bir məsələdə - Qarabağ və Şərqi Zəngəzurun bərpası işində İtaliya şirkətləri yaxından iştirak edir və 23 layihəni bu istiqamətdə icra edib və etməkdədir”.

“Əlaqələrimiz üçün geniş imkanlar açılıb”

Onun sözlərinə görə, eyni zamanda, İtaliyanın Baş naziri Ciorcia Meloni də Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiklərini vurğuladı və son 13 il ərzində heç bir İtaliya Baş nazirinin Azərbaycanda olmadığını dedi: “Bu baxımdan da o, səfərini xüsusi olaraq vurğuladı. Xanım Ciorcia Meloni qeyd etdi ki, bizim əsasən energetika sahəsində əlaqələrimiz ənənəvi xarakter kəsb edir. İndiki qlobal qeyri-müəyyənlik dövründə bu, daha böyük məna daşıyır. Onu da qeyd etdi ki, indi bizim hərbi-texniki əməkdaşlıq, müdafiə və digər sahələrdə əlaqələrimiz üçün geniş imkanlar açılıb. İtaliyanın aerokosmik, dəniz təhlükəsizliyi, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi məsələlərində və digər sahələrdə böyük təcrübəsi var. Bu baxımdan Azərbaycanla birgə layihələrin icrası, birgə müəssisələrin işə salınması bu və digər istiqamətlərdə addımlar atmaq olar”.

“Münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə keçir”

E.Nəsirov həmçinin deyib ki, cənab Prezident İlham Əliyev və İtaliyanın Baş naziri Ciorcia Meloni vurğuladı ki, ikitərəfli humanitar əlaqələrimiz də inkişaf edir və Bakıda ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan ali təhsil müəssisəsi də bunu təsdiqləyir: “Keçən il İtaliya Prezidenti cənab Mattarellanın iştirakı ilə onun açılışı olmuşdu və bu gün 500-dən çox tələbə bu təhsil müəssisəsində təhsil alır. Onlar gələcəkdə hər iki dövlətin əlaqələrinin inkişafında elçi funksiyasını həyata keçirəcək. Xanım Ciorcia Meloni Azərbaycan və Ermənistan arasında sülh prosesindəki dinamikanı yüksək qiymətləndirdiyini bildirdi və əlavə etdi ki, artıq bu gün etimad mühiti möhkəmlənməkdədir və tarixi Vaşinqton razılaşmalarına əsasən bu gün Ermənistan və Azərbaycan arasında sülh prosesi dönməz xarakter alıb, İtaliya da bu prosesə töhfə vermək istəyini ortaya qoyur. Cənab İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan-İtaliya münasibətləri strateji xarakter kəsb edir və biz bütün məsələlərdə ortaq mövqedən çıxış edə bilirik. Bu əlaqələrin çox geniş perspektivi var. Xanım Ciorcia Meloninin Bakıya səfəri ikitərəfli və çoxtərəfli münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün geniş imkanlar pəncərəsi açır”.

“Bu münasibətlərdə həm də siyasi uzaqgörənlik var”

Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri Avropa ilə Cənubi Qafqaz arasında körpülərin daha da möhkəmlənməsinin rəmzidir: “İtaliya ilə Azərbaycan arasında münasibətlər illərdir ki, qarşılıqlı etimada, praqmatik əməkdaşlığa və ortaq maraqlara əsaslanır. Enerji sahəsində qurulan strateji tərəfdaşlıq bu əlaqələrin onurğa sütununu təşkil edir. Azərbaycan qazının Avropaya çatdırılmasında İtaliyanın oynadığı rol, əslində, qitənin enerji təhlükəsizliyində Bakının nə qədər mühüm aktora çevrildiyini açıq şəkildə göstərir. Bu münasibətlərdə iqtisadi maraqla yanaşı, həm də siyasi uzaqgörənlik var. Çünki hər iki tərəf dəyişən dünya nizamında sabitlik və qarşılıqlı fayda axtarışındadır”.

“Bu yaxınlaşma gələcəyin konturlarını müəyyən edən prosesdir”

E.Akimovanın sözlərinə görə, Meloninin səfəri bir daha sübut edir ki, Azərbaycan artıq region çərçivəsindən çıxaraq daha geniş geosiyasi məkanın vacib oyunçularından birinə çevrilib: “Bu səfər, eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri ilə münasibətlərin yeni impuls qazanması deməkdir. Burada söhbət təkcə enerji layihələrindən getmir — nəqliyyat dəhlizləri, yaşıl enerji, investisiyalar, mədəni əlaqələr… bütün bunlar gələcək əməkdaşlığın çoxşaxəli və dinamik olacağını göstərir. Bu münasibətlərdə diqqət çəkən başqa bir məqam isə qarşılıqlı hörmət prinsipidir. Azərbaycan öz milli maraqlarını qoruyaraq tərəfdaşlıq edir, İtaliya isə bu mövqeyi anlayaraq dialoqu konstruktiv müstəvidə davam etdirir. Bu, müasir beynəlxalq münasibətlərdə nadir tapılan bir harmoniyadır. Belə səfərlər sadəcə rəsmi görüşlərdən ibarət olmur, onlar həm də mesajdır. Mesaj odur ki, Bakı ilə Roma arasında məsafə coğrafi xəritədə böyük görünsə də, siyasi və iqtisadi baxımdan bu iki paytaxt getdikcə bir-birinə daha da yaxınlaşır və bu yaxınlaşma təkcə bu gün üçün deyil, gələcəyin konturlarını müəyyən edən bir prosesdir”.

“İtaliya Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir”

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm görüşdür: “Azərbaycan ilə İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanır. Bu gün İtaliya Azərbaycanın Avropadakı əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir. Möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində İtaliya ilə güclü və dayanıqlı münasibətlər formalaşdırıb. Xüsusilə enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında strateji bağları daha da gücləndirib. TAP layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması iqtisadi, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə İtaliyanın xüsusi rolu var”.

“Münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır”

G.Ağamalı qeyd edib ki, eyni zamanda, münasibətlər yalnız enerji sektoru ilə məhdudlaşmır: “Siyasi dialoq, humanitar əlaqələr, mədəniyyət, təhsil və investisiya sahələrində əməkdaşlıq genişlənir. İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr, xüsusilə azad olunmuş ərazilərdə bərpa və quruculuq prosesinə göstərilən maraq diqqət çəkir. Bütün bunlar Azərbaycanın yaratdığı sabit və etibarlı investisiya mühitinin göstəricisidir. Ciorcia Meloninin Azərbaycana səfəri ölkəmizin artıq regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi qəbul olunduğunun təzahürüdür. Azərbaycan regionun və beynəlxalq diplomatik platformaların fəal iştirakçısıdır. İtaliya kimi böyük Avropa dövlətinin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi də bunun bariz nümunəsidir. Sözügedən səfər ikitərəfli münasibətlərin daha da dərinləşməsinə, yeni iqtisadi layihələrin formalaşmasına və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 May 2026 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri