Icma.az
close
up
RU
Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? RƏYLƏR

Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? RƏYLƏR

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə informasiya bolluğuna baxmayaraq, saxta xəbərlər və dezinformasiyalarla mübarizə getdikcə çətinləşir.

Sosial şəbəkələrdə yayılan yalan məlumatlar ictimai rəyi çaşdırmaqla yanaşı, cəmiyyətin təhlükəsizliyi və sabitliyi üçün də ciddi risklər yaradır.

Belə vəziyyətdə jurnalistikanın ən önəmli işi doğru, etibarlı və məsuliyyətli məlumat verməkdir.

Məhz bu mövzuya diqqət çəkmək üçün 10 iyun tarixində Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib.

Təlimdə BMT-nin Baş Qərargahında akkreditə olunmuş beynəlxalq jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh öz bilik və təcrübələrini bölüşüblər. Faktların yoxlanılması (fact-checking), media savadlılığının artırılması və jurnalist etikasının qorunması ilə bağlı interaktiv müzakirələr aparılıb.

Bugünkü vəziyyətdə jurnalistika süni intellektin gətirdiyi yeni çağırışlarla üz-üzədir. Bəs görəsən, süni intellekt jurnalistikanı zəiflədəcək, yoxsa daha da gücləndirəcək?

AZXEBER.COM xəbər verir ki, Gununsesi.info -ya şərh verən jurnalist Elman Cəfərlinin fikrincə, bir vaxtlar sosial şəbəkələr ortaya çıxanda belə bir fikir yaranmışdı ki, guya ənənəvi media öz aktuallığını itirəcək və arxa plana keçəcək:

"Amma nə oldu, sıradan çıxdımı? Xeyr, sıradan çıxmadı. Bu gün yenə ənənəvi media əsas, ciddi xəbər qaynağıdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən "xəbər spikerləri” populyardı. Bərbərlər, sürücülər, ustalar, bir sözlə kütlə onları dinləyir, inanır. Amma onların çoxu ənənəvi mediada yetişiblər və xəbəri qaynaq göstərək oxuyurlar. Deməli onları ayaqda tutan, ənənəvi mediadır. Çünki ənənəvi mediada xəbərin hazırlanması qaydası var. Xəbər dərc olunmazdan öncə qarşı tərəfin fikri öyrənilir. Ən azı buna cəhd edilir. Xəbər təqdim olunarkən peşə etikasına əməl edilir, təhqirə yol verilmir. Sosial şəbəkələrdə isə bu qaydalar keçərli deyil. Xəbər, hadisə ilə bağlı foto və videomateriallar filtrdən keçmədən paylaşılır. Ona görə də sosial şəbəkə səhifələri çox zaman etibarlı olmur. Oxucu yenə ənənəvi medianı izləmək zorunda qalır”.

Elman Cəfərli qeyd edib ki, süni intellekt 4-cü sənaye inqilabının məhsuludur:

"Hər bir yenilik, istər-istəməz, müəyyən ajiotaj yaradır. Məsələn, kompüterləşmə dövründə ənənəvi redaksiyalarda operator ştatları ləğv edildi, onlayn medianın inkişafı isə çap mediasının geriləməsinə səbəb oldu. İndi isə süni intellektin jurnalistikaya təsiri danılmazdır.

Artıq dünyanın aparıcı kütləvi informasiya vasitələri avtomatlaşdırılmış sistemlər vasitəsilə maliyyə, idman və hava haqqında xəbərlər hazırlayırlar. Nüfuzlu KİV-lər süni intellektlə avtomatik xəbər yazan sistemlərdən istifadə edir. Hətta bizim mediada da bu texnologiyadan istifadə edərək xəbər və yazı hazırlayan jurnalistlər var.

Amma jurnalistika yaradıcı peşədir. Xüsusilə analitik yazılarda müəllifin şəxsi mövqeyi və çıxardığı nəticələr mühüm rol oynayır. Doğrudur, süni intellekt müəyyən dərəcədə bu funksiyanı yerinə yetirə bilir. Lakin hesab edirəm ki, orijinal və dəyərli məzmunu yenə də yaradıcı insanlar istehsal edirlər.

Fikrimcə, süni intellekt ənənəvi mediada bəzi peşələri, məsələn, tərcüməçini əvəz edə bilər.

Amma insan düşüncəsinin məhsulu olan, bədii və estetik baxımdan zəngin mətni süni intellekt hələlik yarada bilmir”.

Gununsesi.info -ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu məsələyə belə münasibət bildirib:

"Bir müddət öncə Bill Qeyts mediaya verdiyi müsahibədə bildirmişdi ki, yaxın 10 il ərzində mövcud peşələrin 90 faizinə ehtiyac qalmayacaq, hətta süni intellekt həkim və müəllimləri də əvəzləyəcək.

Görünən odur ki, süni intellektin təsir göstərəcəyi əsas sahələrdən biri də jurnalistika olacaq.

Artıq süni intellekt proqramları vasitəsilə istənilən mövzuda xəbər yazmaq, onu redaktə və korrektə etmək, sayta yerləşdirmək, xəbərə uyğun foto hazırlamaq, hətta təqdimat üçün virtual aparıcı seçmək mümkündür.

Lakin süni intellekt jurnalistikada hələlik üç əsas xüsusiyyəti əvəz edə bilmir:

Jurnalistin məsuliyyətini və etik prinsiplərini;

2. Araşdırma jurnalistikasını – xüsusilə internetdə olmayan məlumatlara əsaslanan, faktların dərinliyinə varan, insanlarla birbaşa görüşlər və gizli mənbələrlə aparılan işləri;

3. Jurnalistin milli və şəxsi hisslərini – yəni mövzuya yanaşmadakı insanilik və emosional baxışı”.

Hacıbəy Heydərli əlavə edib ki, artıq bir çox nüfuzlu media qurumları süni intellekt texnologiyalarından geniş şəkildə istifadə edirlər:

"Məsələn, Bloomberg, Associated Press kimi media orqanları artıq hava və idman xəbəri hazırlayan əməkdaşları süni intellektlə əvəzləyiblər.

Süni intellekt idman nəticələrini, oyunun statistikalarını və hava göstəricilərini avtomatik toplayaraq anons və analiz formalaşdıra bilir.

Eyni zamanda xəbər saytları üçün xəbərləri avtomatik tərcümə edib yerli kontekstə uyğunlaşdırmaq qabiliyyətinə malikdir. Bu isə yaxın gələcəkdə mediada tərcüməçi-jurnalistlərə ehtiyacın azalacağı anlamına gəlir.

Süni intellekt sosial şəbəkələr üçün post və foto hazırlaya bilir ki, bu da SMM mütəxəssislərinə olan tələbatı azaldır.

Bundan əlavə, süni intellekt xəbərə uyğun şəkil yaradır, video icmal hazırlayır, istifadəçinin zövqünə uyğun seçilən virtual aparıcı ilə xəbəri təqdim edə bilir. Bu da dizayner, montajçı və teleaparıcı peşələrinə olan ehtiyacın azalmasına səbəb olur.

Lakin bütün bunlara baxmayaraq, süni intellekt jurnalistlərin yerini tam şəkildə tuta bilməz. Jurnalistlər bu texnologiyaları öyrənməli, onlardan düzgün şəkildə istifadə etməyi bacarmalıdırlar. Bununla yanaşı, təkrar və mexaniki işlərdən azad olub daha çox dərin, yaradıcı və analitik fəaliyyətə fokuslanmalıdırlar”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 İyun 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri